Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” təlimi keçirildi - FOTO Xəbərlər

0

  • Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə "Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması" mövzusunda taktiki-xüsusi təlim keçirilib.
    Müdafiə Nazirliyindən Buz.Su-a verilən xəbərə görə, təlimdə əvvəlcə qarlı-çovğunlu havalar və çətin keçiləbilən ərazilərdə şəxsi heyətin fəaliyyəti üçün lazım olan təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təminatı, həmçinin bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyəti yoxlanılıb.
    Şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə praktiki məşğələlər keçirilib.
    Məşğələlər zamanı yüksək dağlıq ərazilərdə qrupun hərəkəti, himayəli irəliləmə, sərt yamaclarda hərəkət, xizəklə qrupun döyüş düzülüşləri, dağçılıq ləvazimatlarından istifadə etməklə sərt enişlərdə, sıldırım yamaclarda hərəkət qaydaları məşq etdirilib.
    Hər zaman yüksək dözümlülük və bacarıq tələb edən əməliyyatlarda iştirak edən xüsusi təyinatlıların şiddətli soyuqlara orqanizmlərinin öyrəşdirilməsi üçün müxtəlif təlimlər keçirilib.
    Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının yoxlanıldığı taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirərək şərti düşmən arxasında taktiki fəaliyyətləri icra edib. Verilən tapşırığa əsasən qruplarla şərti düşmənin yerləşdiyi yüksəkliyə basqın fəaliyyəti yerinə yetirilib.



    Basqın fəaliyyəti zamanı yaralanan hərbi qulluqçuya çevik şəkildə tibbi yardım göstərildikdən sonra çətin keçiləbilən ərazilər üçün nəzərdə tutulmuş hərbi daşıma vasitələrinin köməyi ilə yaralının təxliyəsi həyata keçirilib.
    Soyuq havalarda ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə edərək döyüş əməliyyatlarının aparılması, yaralıların təxliyə edilməsi və qarlı-şaxtalı şəraitdə şəxsi heyətin xizək sürmə vərdişlərinin təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1185491.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib15 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    27
    16
    12
    30
    30
    29
    12
    14
    26
    25
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar