Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir? Xəbərlər

0

  • Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir müddət əvvəl seçildiyi postda ilk ciddi sınağıyla üzləşib. Müxalifətin öz tərəfdarlarını paytaxt Tiflisdə etiraza çağırmasına baxmayaraq, hökumət "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etməkdə qətiyyətini davam etdirir. Gürcüstan parlamenti bu qanun layihəsini birinci oxunuşda qəbul edib.
    Buz.Su xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
    O bildirib ki, ABŞ və AB qanun layihəsiylə bağlı Gürcüstan hökumətinə təzyiqini artırıb:
    "Amma bu da hökumətin mövqeyini dəyişməyib. Hakim Gürcü Arzusu Partiyası Gürcüstanın AB üzvlüyünü qarşısına hədəf qoysa da, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və medianın fəaliyyətini nəzarət altına almağa çalışır. Müxalifət və Qərblə yanaşı, Gürcüstan Prezidenti Salome Zurabişvili də bu qanunun əleyhinədir. Gürcüstanda unikal vəziyyət yaranıb. Gürcüstan prezidenti hökumətin qərarından xarici dövlət başçılarına şikayət edir. Baş nazir isə prezidenti xarici agent adlandırıb. Belə görünür ki, Gürcüstanda bu ilin oktyabr ayındakı parlament seçkiləri dərin ixtilaf içərisində keçiriləcək.
    Qonşu Gürcüstandakı olaylar ölkəmizdə diqqətlə və həyəcanla izlənilir. Çünki strateji tərəfdaşımız olan Gürcüstanda sabitliyin pozulması Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat dəhlizləri və boru xətləri Gürcüstandan keçir. Gürcüstanın xaosa yuvarlanması enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər. Zəngəzur dəhlizinin işə düşməsi bu səbəbdən də vacibdir ki, nəqliyyat xətləri şaxələndirilsin və Azərbaycan yalnız bir ölkənin tranzit imkanlarından asılı olmasın".
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/georgia/1197499.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib15 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    21
    10
    26
    17
    25
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar