Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Vətən müharibəsi iştirakçısı rəhbər vəzifəyə təyin olundu - FOTO Xəbərlər

0

  • Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifəsinə təyinat olub.
    Sonxeber.pro "Report"a istinadən xəbər verir ki, bununla bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev müvafiq sənəd imzalayıb.
    Sənədə əsasən, həmin vəzifəyə Vətən müharibəsi iştirakçısı Rəhimov Pərvin Arif oğlu təyin edilib.
    O, iyul ayından etibarən sözügedən qurumda Abonent şöbəsinin qrup rəhbəri vəzifəsində çalışıb.
    Qeyd edək ki, P.Rəhimov 1992-ci ildə Göygöl rayonunda anadan olub. O, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz ölkələri üzrə Regionşünaslıq (Qafqazşünaslıq) ixtisası üzrə təhsil alıb.
    2014-2015-ci illərdə həqiqi hərbi xidmət keçib.
    2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində Xüsusi təyinatlı Qüvvələrin tərkibində iştirak edib.
    O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Cəsur Döyüşçü", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Eləcə də "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.
    Sonxeber.pro 

    Mənbə: https://news.milli.az/country/1139122.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib43 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    35
    24
    18
    6
    17
    30
    28
    21
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar