Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Xankəndidə tarixi oyun - YENİLƏNİR - FOTOlar Xəbərlər

0

  • 11:47
    Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
    Buz.Su Trend-ə istinadən bildirir ki, günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda "Qarabağ" I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.
    Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.
    Artıq azərkeşlər və media nümayəndələri Xankədidədir.
    Həmin görüntüləri təqdim edirik:
    -------
    09:09
    Bu gün işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçiriləcək.
    Buz.Su qol.az-a istinadən xəbər verir ki, Ağdamın "Qarabağ" komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək.
    Maraqlıdır ki, bu oyunda "Qarabağ"ın rəqibi işğal altındakı torpaqlarımızı azad edən ordunun mənsub olduğu Müdafiə Nazirliyinin komandası - Mərkəzi Ordu İdman Klubu olacaq. 
    Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Bunadək son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında "Qarabağ"la "Turan" (Tovuz) arasında olub. Ağdamın "İmarət" stadionunda keçirilmiş həmin matçda "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib. Bu səbəbdən "Qarabağ" rəqiblərini müxtəlif illərdə Mingəçevir, Sumqayıt və Bakıda qəbul edib.
    2009 və 2010-cu illərdə isə "Qarabağ" Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın işğala məruz qalmayan Quzanlı qəsəbəsində də keçirib.
    Qeyd edək ki, bugünkü oyun saat 14:00-da başlanacaq. Matçın qalibi 1/4 finalda "Sabah"la qarşılaşacaq. Oyunu minlərlə tamaşaçının stadiondan canlı izləyəcəyi gözlənilir. 
    Artıq arenada bütün işlər tamamlanıb. Stadionda yeni oturacaqlar da quraşdırılıb. Qapı arxasında tribunalardan birinin üzərində böyük hərflərlə "Qarabağ Azərbaycandır", digərinə isə "Xankəndi" sözləri yazılıb.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1168644.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    42
    24
    14
    39
    31
    26
    10
    20
    15
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar