Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Yəmənin İsrailə müharibə elan etməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb - YENİLƏNİB - FOTO Xəbərlər

0

  • Yəmənin İsrailə müharibə elan etməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb və rəsmi təsdiqini tapmır.
    Buz.Su report-a istinadən xəbər verir ki, buna səbəb ölkənin bir hissəsinə İranyönlü husi qiyamçılarının, digər hissəsinə isə hökumət qüvvələrinin nəzarət etməsidir.
    Husilərin nümayəndələrinin açıqlamları da bir-birinə uyğun gəlmir.
    "Al Mayadeen"in məlumatına görə, özlərini Yəmən Ordusu kimi təqdim edən qiyamçıların briqada generalı bin Amir bildirib ki, onlar yaxın saatlarda İsrailin obyetklərinə yeni zərbələr endirməyə hazırdırlar: "Biz və müqavimət oxu fəaliyyətini əlaqələndirir".
    Husilərin digər təmsilçisi Yəhya Sariye Anu isə bir qədər əvvəl İsrailə rəsmən müharibə elan etdiklərini açıqlamışdı.
    ---------
    18:01
    Yəməndəki Husi silahlı qruplaşması İsrailə ballistik raketlər atdığını bildirib.
    Buz.Su APA-ya istinadən bildirir ki, Yəməndəki silahlı qruplaşma İsrail istiqamətində çox sayda ballistik raket və pilotsuz təyyarələr atdığını iddia edib.
    Bu, artıq İsraili hədəf alan üçüncü hücumdur, silahlı qrupun sözçüsü bildirib ki, İsrailə daha çox hücumlar ediləcək.



    --------
    17:42
    Yəmən İsrailə müharibə elan edib.
    Buz.Su Trend-ə istinadən bildirir ki, bunu Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Sari Yəmən televiziyasının efirində bəyan edib.
    Onun sözlərinə görə, Yəmən Ordusunun bölmələri İsraildəki hədəflərə qarşı ballistik və qanadlı raketlərlə zərbələr endirib.
    Bundan başqa, Yahya Sari İsrail Qəzzadakı əməliyyatları dayandırmayanadək Yəmən ordusunun raket və pilotsuz uçuş aparatları ilə İsrail hədəflərinə hücumları davam etdirəcəyini bildirib.
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1154638.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    26
    30
    18
    32
    15
    13
    20
    28
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar