Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Yerli "No War"çılar: xəyanətin maskası düşüb Xəbərlər

0


  • İkinci Qarabağ Müharibəsindən sonra bölgədəki vəziyyətin tam dəyişməsi, ermənilərin əsrlərdən bəri daşıyıcısı olduqları və fanatikcəsinə etiqad etdikləri ideologiyanın puç edilməsi təbii ki, Azərbaycanın güclənməsini qıcıqla qarşılayanlarını əndişəyə salıb.


    Postsovet məkanı ilə yanaşı, dünyanın müxtəlif dövlətlərində indiyədək dəfələrlə gerçəkləşdilən, sınaqdan keçirilən və əksər hallarda özünü doğruldan "müharibəyə müqavimət" ideyasını Azərbaycanda reallaşdırmağa çalışırlar.
    Proses 2016-cı ildə başlanmışdı. Aprel döyüşlərindən cəmi 46 saat (!) sonra Yunanıstan, Fransa və Hollandiyakı 11 beynəlxalq təşkilat "Azərbaycanda militarist təbliğatın, müharibə tərəfdarlığının təsirlərinin azaldılması, Ermənistanla münasibətlərin normallaşması və ermənilərlə birgəyaşamın təşviqi" formatında ideoloji bazada qeyri-hökumət təşkilatları (NCO), müxalifət strukturları, neoliberal və libertarian ruhlu fərdlər, xüsusilə də aktiv radikalllar vasitəsilə fəaliyyətə başlamağı zəruri saydılar.
    Dörd il davam edən və 2020-ci ilin əvvəllərində xüsusilə aktivləşən prosesə Azərbaycanda yüzlərlə "vətəndaş cəmiyyəti fəalı", müxalifət düşərgəsindəki siyasətçilər, həddən ziyadə aqressiv mövqeləri ilə seçilən "liberal"lar, NGO nümayəndələri, habelə müxalifətin ən radikal siyasətçiləri və "müstəqil bloqerlər" cəlb edilmişdilər.

    Polyak araşdırmaçı jurnalist Miloş Podnanski proseslə bağlı yazmışdı: "Azərbaycanla Ermənistan arasındakı münasibətlər müharibə həddindədir. Amma çox qəribədir ki, ərazilərinin təqribən 20 faizini ermənilərin ələ keçirərək nəzarətdə saxladıqları Azərbaycanda problemin həllini təklif etdiklərini deyənlər əslində kollaborasionist və məğlubiyyətçi mövqelərdən çıxış edirlər".
    Gürcüstanın "Rustavi-2" telekanalı Azərbaycandakı neoliberalların "NoWar" ("Müharibəyə yox") şüarı ilə pərdələnərək Corc Sorosun "açıq cəmiyyət" ideyalarını təbliğ etdiklərini vurğulayırdı.
    İş o yerə çatmışdı ki, "ermənilərlə qardaşlıq və dostluq münasibətləri quraq" deyərək sosial şəbəkələrdə fasiləsiz çağırışlar edən yerli marionetləri elə ermənilər ələ salmağa başlamışdılar.
    Məsələn, həmin dövrlərdə İrəvandakı "Hrapark", "Haykakan Jamanak", "Pastinfo" və "Mamul" media strukturları Azərbaycandakı "novar"çıları "çox qəribə məxluqlar" adlandırırdılar.
    Yerli "əlehdarlar"ımızın fəal ünsiyyətdə olduqları erməni "həmkar"ları mühzakirələrdə müharibəyə, hərbi əməliyyatlara qarşı çıxdıqlarını, azərbaycanlılarla ermənilərin birgəyaşam yollarını aradıqlarını deyir, amma müzakirələr bitən kimi sosial qşəbəkələrdə Azərbaycanla müharibəyə, "Bakıya qədər irəliləməyə" çağırır, azərbaycanlıları "genetik qüsurlu biotullantı" adlandırır, "Böyük Ermənistan qurulmalıdır!" yazırdılar.
    Onlar, yəni ermənilər, azərbaycanlı "liberallar"la ünsiyyətdə pasifizmdən, bəşəri dəyərlərdən danışsalar da, Azərbaycanın məhvi üçün hər şeyi edəcəklərini həmvətənlərinə açıq deyirdilər.

    2020-ci ildə İkinci Qarabağ Savaşı və ya Vətən Müharibəsi başlayanda isə yerli "Nowar"çılarımız kütləvi şəkildə aktivləşdilər, müharibəni dərhal dayandırmağa çağırışları sıralamağa başladılar və hətta Azərbaycan Ordusunu qəddarlıqda suçlamaqdan da çəkinmədilər.
    Ermənistanın işğalçı ordusuna və qarabağlı erməni separatçılarının terror dəstələrinə qarşı əks-hücum əməliyyatları başlayandan az sonra Azərbaycandakı "NoWar"çılar ermənilərlə birgə bəyanat yaydılar.
    "Azərbaycanlıların müharibəyə qarşı bəyanatı" ("Anti War Statement of Azerbaijani Leftist Youth") adlı bu sənəd rəsmi Bakıdan hərbi əməliyyatların dərhal dayandırmağı, qoşunları geri çəkməyi və ermənilərlə danışıqlara başlamağı tələb edirdi.
    Sənəd Corc Corosun "Açıq Cəmiyyət İnstitutu" və "Soros Fondu"un Türkiyədəki strukturlarından olan "Nor Zartonk"da hazırlanmışdı. 2004-cü ildə İstanbulda yaradılaraq adının mənası erməni dilində "Yeni Oyanış" olan "Nor Zartonk" kürdlərin "Xalqların Demokratik Partiyası"nın (HDP) birbaşa nəzarəti və dəstəyi ilə ermənilərin yaratdığı təşkilatdır.

    "Nor Zartonk" 2020-ci ilin oktyabrın birində, Vətən Müharibəsinin başlanmasından 3 gün sonra xüsusi bəyanatla çıxış edərək Azərbaycanı "işğalçı dövlət" adlandırmış, "Türkiyə mediası susur, barbarlıq edən Azərbaycana dəstək verir, qarabağlı ermənilərin müstəqil dövlətinə hücumları dəstəkləyir" ifadələrini imperativ kimi təkrarlamışdı.
    Eyni situasiya müharibədən sonra, 2022-ci ilin sentyabrın 12-13-ü tarixlərində Ermənistan Silahlı Qüvvələrinin xüsusi diversiya dəstəsi ərazilərimizə sızmağa çalışanda ələ keçməsindən sonra yaşandı.
    Azərbaycandakı "NoWar"çılar dərhal ölkəmizi "Ermənistanın suveren ərazisinə soxulmaqda, Ermənistan ərazilərini işğal etməkdə və hərbi təcavüz"də ittiham etdilər.
    Bir qədər keçdi, "Soros Foundation"un maliyyə və təşkilati dəstəyi ilə "PostsovietPeace" platforması yaradıldı: platformada Azərbaycan və Ermənistandan olan "siyasi-ictimai fəallar" birləşmişdilər.

    Təqribən 200 üzvü olan platformadakı şəxslərin 86 nəfəri azərbaycanlılar, 73 nəfərisə ermənilər və digər xalqların nümayəndələridir.
    "Müharibəyə yox" deyən psevdopasifistlərimizin fəallığı səngiməyib.
    Bu günlər onların bir qrupu Bakıda "İştirak Evi" adlanan yeni strukturda "Liberallar Dərnəyinin aksiyası" kimi təqdim olunan "Niyə No War?" sloqanı ilə ictimai müzakirə də keçiriblər.
    Tədbirin təşkilatçılaıi Orxan Allahverdiyev, Səməd Şıxı və Nemət Abbasov idi.
    Afiyəddin Məmmədov, Əli Məlikov, Qiyas İbrahimov, habelə AXCP "ulduzu" Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov və Qubad İbadoğlunun qızı Jalə Bayramovanın da mənsub olduqları, özlərini "müharibə əleyhdarları" adlandıran saxta liberalların yer akdıqları yığnaqda olanlar "İştirak Evi"ndə maskalarını çıxarmış oldular.

    Çünki...
    "Müzakirələr" format, məzmun və mahiyyət etibarilə məğlubiyyətçilik, demaqogiya, patetik kollaborasionizm, Azərbaycan dövlətinin və xalqının ünvanına ittihamların sıralanması idi.
    Məsələn, Aygül Cəfərova adlı gənc xanımın fikrincə, "Azərbayücan müharibədjə qalib gəldiyi üçün aqressiv, sərt və eqoist davranır".
    Çinarə Hünərli adlı xanım "televizorda qazilərlə bağlı xəbərləri görən" şəhid anasını "lom" olmaqda suçlayıb.
    Sənubər Heydərova isə əmindir ki, İkinci Qarabağ Müharibəsində ölkəmiz sadəcə, Şuşa ilə bağlı hərbi əməliyyatda uğura nail olub: "O biri yeddi rayon razılaşma əsasında verildi".

    Bu şəxslər Azərbaycana qarşı çalışan təşkilatların çox ustalıqla manqurtlaşdırdığı cahillərdir. Onlar liberal düşüncəli fərdlər, Qərb dəyərlərinin və ümumbəşəri yaşam prinsiplərinin daşıyıcısı olduqlarını fasiləsiz vurğulayırlar.
    Lakin şüurlarında əməlli xaos var: nihilizm kosmopolitizmə, məğlubiyyətçilik çıxış yolunu tapa bilməməyə, köpüklü libertarianlıq adi merkantilliyə qarışıb.
    Onlar şüarlarla danışmağı sevirlər, lakin anlamırlar ki, postsovet məkanında "beyin yuyulması" əməliyyatına məruz qalmış "müharibə əleyhdarları"nın arqumentlərini sözbəsöz təkrarlayırlar.
    Bu adamlar guya sülh istəyirlər.
    Amma Azərbaycanın ələbaxan, zəif, asılı, Ermənistan qarşısında əzik, məğlubiyyətçi bir vəziyyətdə olacağı sülhü.

    Təsadüfi deyil ki, yerli "müharibə əleyhdarları" qarabağlı erməni separatçılarını "hələ 1991-ci ildə müstəqiliklərini elan etmiş xalq" hesab edirlər.
    Onlar üçün nə şəhidlər uca zirvə deyil, nə Vətən uğrunda can veriləsi anlam deyil, nə də xalq ən üstün bilinəcək məqam deyil.
    Onlar üçün Vətən özlərini yaxşı hiss etdikləri məkandır sadəcə.
    Bu isə nihilizmin ən iyrənc və ibtidai forması, vətənsizlik şüurunun çox pis formadakı təzahürüdür.
    Onlar müharibə əleyhdarları deyil - dövləti və xalqı bəyənmirlər.
    Bunu etiraf etmək istəməsələr də.
    Maskaları düşsə də.
    Elçin Alıoğlu
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/politics/1139269.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    5
    13
    31
    16
    29
    31
    23
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar