Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Yol polisindən yükdaşımalarla bağlı müraciət Xəbərlər

0

  • Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
    İdarədən Buz.Su-a daxil olan müraciətdə deyilir:
    "Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.
    Təəssüflər olsun ki, ötən həftəsonu ərzindən bu qayda pozuntusuna yol verdiklərinə görə 181 şəxs DYP əməkdaşları tərəfindən müəyyən edikərək barələrində qanunamüvafiq tədbirlər görülüb.



    Normadan artıq, eləcə də düzgün qablaşdırılmamış yüklərin daşınması yol hərəkəti iştirakçıları üçün real təhlükə yaratmaqla yanaşı, asfalt örtüklü yolların sıradan çıxmasına səbəb olur.
    Yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, təyinatından asılı olmayaraq daşınması həyata keçiriləcək istənilən yükün Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamasını nəzarətdə saxlamaqla qayda pozuntusuna yol verməsinlər, özləri və digər hərəkət iştirakçıları üçün yollarda təhlükə yaratmasınlar".

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1189270.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib15 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    12
    298
    14
    26
    39
    13
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar