Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
1 il ötdü - Ermənistanın uğursuz "blokada" şousu, Azərbaycanın qətiyyətli addımı Xəbərlər

0

  • Bugün ərazi bütövlüyümüzün tam təmin olunmasında 44 günlük müharibənin rolu danılmaz olsa da, ondan sonrakı proseslərin də rolu böyükdür. Məhz, ötən ilin bu günündə Laçında sərhəd-keçid məntəqəsinin açılması bu kimi önəmli addımlardan biri idi. Bu məntəqənin açılması ilə böyük təxribatların qarşısı alınıb.


    ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR
    Qazaxın 8 kəndinin işğalında iştirak edən ermənilər - Siyahı - FOTO
    Zaxarova: "Vaşinqton Kiyevə yardımla bağlı qəti cavab alacaq"



    Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edib. Onlar 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olmasına baxmayaraq bu yol vasitəsi ilə Azərbaycan ərazilərindəki separatçılara silah-sursat göndərib. Azərbaycan Laçında Ermənistanla sərhəddə buraxılış məntəqəsini qurmaqla bizə məxsus ərazilərdə qalan qanunsuz erməni silahlı birləşmələrinin silahla təchizatını müəyyən qədər məhdudlaşdırıb.
    Azərbaycanın bu addımına görə ölkəmizə xeyli təzyiqlər olub. Ermənilər bunu "blokada" kimi dünyaya car çəkiblər. Özləri qaydaları pozsalar da, Azərbaycanı haqsız tərəf kimi göstərməyə çalışıblar. Lakin, beynəlxalq hüquq normalarına tam uyğun olan bu məntəqə ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addım idi. Eləcə də, bu məntəqənin ərazilərimizin qanunsuz erməni silahlılarından təmizlənməsi prosesinin başlanmasında böyük rolu olub.
    Ermənistan, separatçı qüvvələr, Ermənistanı himayə edən dairələr "Laçın" məntəqəsinin qanunsuz olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib, dünya ictimaiyyətini çaşdıran məlumatlar yayıblar. Əsasız olaraq rəsmi Bakının Qarabağda yaşayan erməniləri "humanitar böhran" vəziyyətinə saldığını, Xankəndidə və ətraf ərazilərdəki ermənilərin "acından öldükləri" ilə bağlı informasiyaları tirajlamaqla beynəlxalq təşkilatları Azərbaycana təzyiq göstərməyə çağırıblar. Amma bu cəhdlər də bir fayda verməyib.


    "Blokada şousu" baş tutmadı - Mənfur plana xeyirxah cavab
    Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi
    Malayziyada helikopterlər toqquşdu: azı 10 nəfər ölüb - VİDEO - FOTOlar



    Ölkə başçımız çıxışı zamanı Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılmasını güclü siyasi iradəmizin göstəricisi olduğunu bildirib. Ötən il iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib ki, əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə, güc, məntiq, beynəlxalq hüquq dayanıb və hər növbəti addım əvvəlki addımın məntiqi davamıdır.
    İslam
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1198760.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 həft. öncə
    İzlənib10 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    30
    26
    37
    30
    27
    31
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar