Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qarabağdakı erməni yaraqlıları 130 minə yaxın sursat təhvil verib Xəbərlər

0

  • Azərbaycanın Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazisindəki erməni yaraqlıları indiyədək 6 zirehli texnika, 1,2 mindən çox atıcı silah, tank əleyhinə vasitələr və daşınan zenit raket kompleksi (DZRK), habelə 130 minə yaxın döyüş sursatı təhvil verib.
    Buz.Su xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
    "Hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunmuş razılaşmalara uyğun olaraq, Qarabağın silahlı qüvvələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirib. Sentyabrın 24-dək qeyd olunanlar təhvil verilib: 6 ədəd zirehli texnika, 1,2 mindən çox atıcı silah, tank əleyhinə silahlar və daşınan zenit raket kompleksi, 130 minə yaxın döyüş sursatı", - məlumatda diqqətə çatdırılıb.
    Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində başlatdığı lokal antiterror tədbirləri nəticəsində erməni hərbçilər təslim olublar. Sentyabrın 20-də 13:00-da Rusiya sülhməramlılarının vasitəçiliyi ilə atəşkəs elan olunub. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1145406.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    5
    34
    31
    27
    18
    23
    31
    14
    16
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar