Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Altı ay kurs keçən "tibb işçiləri"nə canımızı əmanət edə bilərikmi? - VİDEO Xəbərlər

0

  • Məhdud tibbi təhsil verən kursların sayı günü-gündən artır. Orada təhsil alanlar 6 ay kurs keçməklə tibb bacısı və ya əczaçı peşələrinə yiyələnirlər. Bəs belə tibb işçilərinə etibar etmək olarmı?
    Buz.Su Xəzər TV-yə istinadən bildirir ki, ölkəmizdə fəaliyyət göstərən əksər tədris mərkəzlərində tibb bacısı, əczaçılıq, kosmetoloq və digər tibbə aid olan ixtisaslar üzrə kurslar keçirilir.
    Dövlət orta ixtisas məktəblərində tibb bacısı, əczaçı diplomuna yiyələnmək üçün tələbələr 3 il təhsil alır. Azərbaycan Tibb Universitetində isə əczaçı olmaq üçün 5 il, tibbi bacısı olmaq üçün 4 il təhsil müddəti nəzərdə tutulur.
    Bəs necə olur ki, özəl kurslarda qısa müddətə tibb bacısı və ya əczaçı olmaq olur?
    Sualımıza cavab tapmaq üçün sözügedən kurslarla əlaqə saxlamağa çalışdıq. Lakin onlar suallarımızı cavablandırmaqdan çəkindilər.
    Tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla deyir ki, belə kurslara adətən Tibb Universitetinə qəbul ola bilməyənlər, rahat yolla iş tapmaq istəyənlər gedir.
    Ekspert deyir ki, özəl tibb kurslarını bitirənlər dövlət xəstənalarında işlə təmin olunmur, amma çox vaxt özəl xəstəxanalar bu şəxsləri işə götürürlər.
    Milli Məclisinin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə, özəl kursda tibb bacısı təhsili alan şəxslər yalnız vacib olduqda ailə üzvlərinə və ətrafındakı insanlara yardım edə bilərlər.
    Səhiyyə Nazirliyi tərəfindən də sorğumuza cavab olaraq bildirildi ki, tibblə bağlı kursların verdiyi sertifikat və ya diplom nazirlik tərəfindən tanınmır. Bu cür kurslara gedənlər bilməlidir ki, onlara verilən diplomun heç bir perspektivi yoxdur.
    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/society/1189827.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib15 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    27
    29
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar