Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Valideynin sözünə hansı hallarda itaət etməmək olar? Xəbərlər

0

  • İslam dini valideyn haqlarını ciddi şəkildə qoruyur. Dinimizdə valideynin haqqı ən mühüm məsələlərdən biridir. Qurani-Kərimdə Allahdan sonra valideynə itaət etmək, ata-ananın sözündən çıxmamaq, onların üzünə ağ olmamaq, hətta onlara "uf" deməmək əmr olunur. Dünya və axirət cəzasına səbəb olan böyük günahlardan biri də ağvalideynlikdir. Amma valideynə itaətin də həddi-hüdudu vardır. Belə ki, valideyn haqqı Allahın haqqından üstün tutulmamalıdır. Əgər valideyn öz övladını Allaha itaətdən uzaqlaşdırırsa, Allahın əmr və qadağanlarını pozmağa məcbur edirsə, bu halda övladın ona qulaq asmamaq icazəsi vardır. Məsələn, öz övladını araq içməyə təhrik edən və araq almağa göndərən, hicabını açmağa məcbur edən, namaz qılmasına mane olan valideynin istəklərinə əməl etmək lazım deyil. Lakin bu itaətsizlik yalnız həmin məsələlərdə büruza verilməlidir. Digər məsələlərdə yenə valideynə ehtiram göstərmək övladın vəzifəsidir. Günah işlərdə valideynə itaətsizliyi də kobud şəkildə, onların qəlbini qıracaq formada etmək icazəli deyil.
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1167310.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi5 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    30
    18
    24
    24
    11
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar