Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Arvadını 29 bıçaq zərbəsi ilə öldürən şəxs yenidən hakim qarşısında Xəbərlər

0

  • Bərdədə arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Tural Mustafayevin barəsindəki qərardan kassasiya şikayəti verilib. 
    Buz.Su pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
    Məhkəmənin ilkin hazırlıq iclası mayın 15-nə təyin edilib.
    Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib.
    Qeyd edək ki, 2021-ci il sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İttihama görə, Tural Mustafayev arvadını qısqanclıq zəminində qəsdən öldürüb. O, hadisə zamanı Təranəyə 29 bıçaq zərbəsi endirib.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/crime/1203743.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCinayət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    41
    18
    33
    35
    22
    12
    20
    22
    31
    49
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar