Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Müəllimlər otağı olmayan məktəb - VİDEO Xəbərlər

0

  • Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə müəllimlər otağı, akt zalı, hərbi hazırlıq otağı, idman zalı, kitabxana və yeməkxana  yoxdur.
    Buz.Su Xəzər TV-yə istinadən bildirir ki, sözügedən təhsil müəssisəsinin müəllim və valideynləri ''Xəzər Xəbər''in qaynar xəttinə müraciət edərək, şagirdlər və pedeqoji kollektiv üçün ciddi problemlərin olduğunu bildiriblər.
    Qeyd olunub ki, 240 şagird yerlik məktəbdə hazırda 1000-dən çox şagird 4 növbə üzrə təhsil alır. Sıxlıq səbəbindən bu il 5 yaşlıların məktəbə qəbulu olmayıb.
    Müəllim və valideynlər iddia edirlər ki, şagird sıxlığı səbəbindən dərslər yaxınlıqda olan, əvvəllər tibb məntəqəsi kimi fəaliyyət göstərmiş binada keçilir. 
    Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı səbəbindən 5-ci ildir, yaxınlıqda yerləşən, əvvəllər ambulator mərkəz kimi fəaliyyət göstərmiş fiziki şəxsə məxsus binadan istifadə edilir. Təhsil müəssisəsinin həyətyanı sahəsində 660 şagird yerlik yeni korpusun tikintisi üçün Elm və Təhsil Nazirliyinə təqdimat yazılıb və bunun Dövlət proqramına salınması nəzərdə tutulub.
    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1146007.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    9
    25
    16
    40
    19
    15
    34
    25
    13
    24
    32
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar