Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Avropa İttifaqı-Çin sammitinin vaxtı məlum oldu Xəbərlər

0

  • Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel dekabrın 7-8-də Aİ-Çin sammitində iştirak etmək üçün Pekinə səfər edəcək.
    Buz.Su APA-ya istinadən bildirir ki, o, bu barədə LCI telekanalının efirində bildirib.
    "Dekabrın 7 və 8-də Çində Çin lideri və onun komandası ilə ikitərəfli sammitimiz olacaq",- deyə Mişel bildirib. O, nümayəndə heyətinin tərkibinə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin də daxil olacağını deyib.
    Mişel vurğulayıb ki, Avropa Şurası bir neçə aydır ki, Aİ adından irəli sürəcəyi ümumi mövqe hazırlayır. Onun sözlərinə görə, bu, Avropanın Çinlə münasibətləri saxlamaq istəyinə əsaslanan balanslaşdırılmış mövqedir: "Brüssel Çindən müəyyən məhsulların tədarükü kontekstində münasibətləri tarazlaşdırmaqla öz iqtisadi maraqlarını müdafiə etmək niyyətindədir. Digər tərəfdən, biz iqlim dəyişikliyi kimi qlobal məsələlərdə, eləcə də geosiyasi mövzularda Çinlə əməkdaşlıq etməyə çalışırıq".
    Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı ilə Çin arasında təkbətək sammit 2019-cu ildə təşkil olunub.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1157466.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    13
    26
    29
    2
    277
    35
    11
    31
    36
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar