Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azad olunmuş ərazilərə avtobus biletləri satışa çıxarılacaq Xəbərlər

0

  • İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə oktyabr və noyabr ayları üçün biletlər satışa çıxarılacaq
    Buz.Su Trend-ə istinadən bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr və noyabr aylarına olan biletlər 19 oktyabr 2023-cü il saat 12:00-da satışa çıxarılacaq.
    Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
    Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 623 reys həyata keçirilib, 25545 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
    Buz.Su

    Mənbə: https://news.milli.az/country/1150964.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib35 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    8
    24
    26
    19
    33
    21
    31
    15
    20
    11
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar