Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - ARAŞDIRMA Xəbərlər

0

  • Əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləməyə başlayıb.
    Buz.Su Baku TV-yə istinadən xəbər verir ki, rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi ərzaq məhsulları üzrə 2,5 faiz artsa da, qeyri-ərzaq malları üzrə 5,2 faiz çoxalıb. Kompüterlər, telekommunikasiya avadanlıqlarının alınmasına çəkilən xərclər 32 faiz, yanacağa xərclənən pul isə 10 faiz artıb. İçkilər və tütün məmulatları üçün isə 2,2 faiz daha az vəsait sərf olunub.
    Nəticədə əhalinin xərclərində ərzaq, içki və tütün məhsullarının payı azalıb.
    Maraqlıdır, qeyri-ərzaq məhsulları üzrə xərclərin daha çox artmasına səbəb nədir?
    İqtisadçı Rəşad Həsənov deyib ki, əhalinin içki və tütün məmulatlarının alışını azaltması onların bahalaşması ilə bağlıdır:
    "İnflyasiya səviyyəsi nisbətən zəifləyib və ərzaq məhsullarında bu, daha kəskin şəkildə özünü göstərir. Belə bir şəraitdə əhalinin qeyri-ərzaq məhsullarına ayıracağı vəsaitin həcmi artır, imkanlar nisbətən genişlənir. İkincisi, ölkədən quru sərhədləri ilə səyahət edənlərin sayının kəskin azalması daxili bazarda telekommunikasiya, elektron avadanlıqlara tələbi artırır".



    Yanacaq xərclərinin çoxalması isə daxili turistik səfərlərin artması ilə əlaqələndirilir. Ekspert bildirib ki, bu sahələrdə dövriyyələrin leqallaşdırılması statistik göstəricilərə təsirsiz ötüşmür.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1193125.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib12 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    28
    42
    24
    26
    25
    32
    34
    15
    15
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar