Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Prezident İlham Əliyev Viktor Orbanı təbrik edib Xəbərlər

0

  • Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana məktub ünvanlayıb.
    Buz.Su AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
    "Hörmətli cənab Baş nazir,
    Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Azərbaycan ilə Macarıstan arasında yüksək səviyyəli dövlətlərarası əlaqələr və uğurlu əməkdaşlıq məmnunluq doğurur. Möhkəm dostluğun və tərəfdaşlığın yaxşı nümunəsi olan, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir.
    Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətini və dəstəyini, aktual qlobal və regional məsələlərdə oxşar mövqelərdən çıxış etməsini xüsusi qeyd etmək istərdim.
    Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında genişlənmiş strateji tərəfdaşlığın, həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

    Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram."
    Buz.Su 

    Mənbə: https://news.milli.az/politics/1152217.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    23
    30
    29
    34
    23
    14
    12
    28
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar