Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib - FOTOlar Xəbərlər

0

  • Bakı şəhərində Azərbaycan Respublikası ilə Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.
    Azərbaycanın Xarici İşlər Nazirliyindən Buz.Su-a bildirilib ki, məsləhətləşmələr zamanı Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Avstraliya İttifaqının nümayəndə heyətinə isə Xarici İşlər və Ticarət Departamentinin inkişaf, çoxtərəfli və Avropa qrupunun katibinin müavini Rod Brazier rəhbərlik edib.
    Məsləhətləşmələr zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
    E.Məmmədov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa, quruculuq işləri, habelə minaların təmizlənməsi prosesi haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.
    Cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.



    Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1201008.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 həft. öncə
    İzlənib8 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    15
    18
    10
    30
    26
    23
    33
    19
    17
    17
    39
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar