Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycan və Britaniya deputatlarının görüşü keçirilib - FOTO Xəbərlər

0

  • Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Davamlı İnkişaf üzrə Daimi Komitənin iclası çərçivəsində Azərbaycan və Böyük Britaniya nümayəndə heyətlərinin görüşü keçirilib.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılovanın iştirak etdiyi görüşdə əməkdaşlığın müxtəlif aspektlərinə dair müzakirə aparılıb.
    Azərbaycan nümayəndə heyətinin üzvləri COP29 sessiyasına hazırlıqla əlaqədar ölkəmizin həyata keçirdiyi tədbirlər haqqında məlumat veriblər. Milli Məclisin Parlamentlərarası İttifaqla əməkdaşlığı çərçivəsində COP29 tədbirində təşkil olunması nəzərdə tutulmuş müzakirələr haqqında fikir mübadiləsi aparılıb. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin fəal iştirakını təşviq edilməsinin zəruriliyi qeyd olunub. Parlamentlərarası İttifaq çərçivəsində əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi üçün qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
    Azərbaycan parlamentinin üzvləri Cənubi Qafqazda mövcud vəziyyət, Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılmış addımlar, ölkəmizin təklif etdiyi sülh gündəliyinə dair ətraflı məlumat veriblər. Milli Məclisin deputatları britaniyalı həmkarlarının regional təhlükəsizlik, Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivləri, eləcə də Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafı ilə bağlı suallarının cavablandırıblar.
    Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsinin ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm rola malik olduğu qeyd edilib.
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1192389.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    19
    15
    30
    37
    29
    38
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar