Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İlham Əliyevin ortaya qoyduğu yeni hədəflər Türk dünyasına böyük gələcək vəd edir Xəbərlər

0

  • Prezident İlham Əliyev hamımızın arzusunu bu müqəddəs məqsədə addım-addım, səbrlə və təmkinlə, böyük strateji dühası və dövlət ağlı ilə yaxınlaşırdı.
    Buz.Su bildirir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurası Fəxri üzvü Hulusi Kılıç bildirib.
    O qeyd edib ki, xalqının mütləq əksəriyyətinin dəstəyini qazanan Lider öz tutduğu yolun doğru olduğunu mütləq dünyaya, dosta və düşmənə göstərməli idi və o, bunu çox böyük şücaətlə göstərdi.
    "Mən bu qətiyyəti və iradəni ancaq İstanbulu fəth etmiş Sultan Mehmet Fatehin, 14 yaşında İmperiya qurmuş Şah İsmayıl Səfəvinin, Türkiyəni necə deyərlər küllərindən dirçəltmiş Mustafa Kamal Atatürkün və Azərbaycanı dağılmaqdan xilas edərək dövlət qurmuş Heydər Əliyevin göstərdikləri, şanlı Türk tarixinə yazılmış əzmkarlıq və qorxmazlıqları ilə müqayisə edə bilərəm.
    İndi Prezident İlham Əliyevin tarixə yazılmış digər cümələlərinə diqqət edək: "Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".
    Prezident İlham Əliyevin bu sözləri o deməkdir ki, Türk Dövlətləri Təşkilatı (bundan sonra TDT) indiki statusundan daha ciddi və əhatəli, vahid mövqedən çıxış edən, eyni kökdən və soydan olan xaqların yaratdığı mühüm güc mərkəzi olacaq. Fikrimcə, Türk dövlətlərinin birliyi tədricən Avropa İttifaqına bənzər modeldə formalaşma mərhələsinə qədəm qoyacaq. İnteqrasiya siyasi, iqtisadi, hətta hərbi istiqamətdə daha aydın və məqsədyönlü şəkildə həyata keçiriləcək. Düşünürəm ki, biz artıq TDT liderlərinin Naxçıvan zirvə toplantısında əsasını qoyduqları strateji hədəfə sürətlə yaxınlşamaqdayıq və ona görə də bu mənada da yeni dövrü başlatdığımızı indidən söyləyə bilərik. Burada əlbəttə ki, bütün Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi çox vacibdir. Məncə, artıq hər bir Türk dövlətində bu iradə və məqsəd var və biz yaxın zamanlarda bunun konkret nəticələrini mütləq görəcəyik", - o deyib.
    Onun sözlərinə görə, Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu böyük coğrafiyadakı Türk dövlətlərinin potensialı haqqındakı fikirləri faktdır.
    "Bu potensial artıq tərəfimizdən hərəkətə keçirilib. Böyük gələcəyi olan bu birlik sadəcə milli-mənəvi aspektdən bizə parlaq vədlər vermir, həm də siyasi, iqtisadi, geo-siyasi və hərbi mənada da TDT çox da uzaq olmayan gələcəkdə öz sözünü deyəcəyini göstərir. İndi dünyanın analitik dairələrinin təhlillərində də bu fakt çox qabardılır və əsaslandırılır. Digər tərəfdən unutmayaq ki, Türk coğrafiyası xüsusi ilə də Qarabağ münaqişəsinin tam həllindən sonra, həmçinin Ukrayna müharibəsi başlayandan bəri dünya üçün çox, hətta həyati əhəmiyyət kəsb edən önəm qazanıb.
    "Orta dəhliz" üzərindən keçən dəniz, dəmiryolu və avtomobil yolları, limanları və qovşaqları faktiki olaraq hazırda dünya iqtisadiyyatının xilası rolunu oynamaqdadır. Əmin olun ki, yaxın perspektivdə bu amil daha da güclü və bariz şəkildə özünü göstərəcək, həmin o qərb dövlətləri bu marşrutların əhəmiyyətini nəzərə alaraq real addımlar atacaqlar. Azərbaycan, Türkiyə başda olmaqla bütün Türk dövlətləri ilə daha sıx münasibətlərin qurulması və inkişafı onlar üçün həyati və vaz keçilməsi qeyri-mümkün olan reallıqdır.
    21-ci əsr "Türk əsr"i olacaq. Məncə biz artıq "Türk əsr"i haqqında tədricən felin gələcək zamanından daha çox, indiki zamanında danışmağa öyrəşməliyik. Bu gerçəklik məhz İlham Əliyev kimi böyük Türk liderinin sayəsində mümkün olub.
    Bir mühüm məqamı vurğulamaq istərdim. Andiçmə mərasimində Prezident İlham Əliyevin dünyaya verdiyi mesaj olduqca açıq və aydın idi. Azərbaycan Respublikasının siyasəti tam müstəqil, milli maraqlara söykənən siyasətdir və ondan qəti surətdə geri çəkilməyəcəyik, heç kimə heç bir güzəşt də olmayacaq. Prezident İlham Əliyevin xalqın birmənalı dəstəyi ilə həyata keçirdiyi siyasətinin mahiyyəti məhz budur və biz bununla ancaq qürur duya bilərik", - deyə Kılıç əlavə edib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1183777.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib16 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    36
    37
    15
    30
    6
    34
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar