Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub - Ərdoğan Xəbərlər

0

  • Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 7-də Azərbaycanda keçirilən seçkilərdən inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
    Buz.Su AZƏRTAC-a istinadən bildirir ki, məktubunda dövlətimizin başçısına türk milləti və şəxsən öz adından səmimi təbriklərini çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib: "Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.
    Türkiyə ilə Azərbaycan arasında "Sevincdə və kədərdə birlik" ilə "Bir millət, iki dövlət" şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcəkdir.
    Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.
    Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm".
    Türkiyə Prezidenti seçkilərdə zəfərin həm qardaş Azərbaycan xalqı, həm də bölgə üçün xeyirli olmasını diləyib, dövlətimizin başçısına ali vəzifəsində müvəffəqiyyətlər arzulayıb.
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1181290.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    30
    13
    18
    37
    21
    9
    37
    20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar