Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“ Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşayacağıq” Xəbərlər

0

  • "Bu il fevralın 7-nə təyin edilmiş prezident seçkilərinə tam fərqli hisslərlə qatılıram. Doğulub böyüdüyüm Qubadlı rayonunun Xanlıq kəndinin Ermənistan tərəfindən işğalı zamanı 14 yaşım var idi və o zaman səsvermə hüququna malik deyildim. İlk dəfə olaraq məcburi köçkün statusu olmadan səs verəcəm. Bu, mənim üçün ən yaddaqalan tarixi an olacaq". 
    Buz.Su xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva deyib. 
    O qeyd edib ki, əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə Cənubi Qafqazda siyasi vəziyyət tamamilə dəyişib:  "Ərazi bütövlüyümüzün bərpa edilməsi ilə Azərbaycan tarixində yeni bir mərhələ başlayıb. Azərbaycan xalqı prezident seçkilərini yeni yaranmış şəraitdə keçirəcək və bu seçkiləri öncəki dövrlərin seçkilərindən fərqləndirən də məhz bu olacaq. Harada yaşamağımızdan asılı olmayaraq, 7 fevral Zəfər seçkilərində iştirak etməklə bütöv, tam suveren Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşayacağıq. Vətən hüdudlarından kənarda yaşayan hər bir Azərbaycan vətəndaşını bu seçkilərdə fəal iştirak etməyə dəvət edir və bu yeni tarixi mərhələdə ölkəmizin inkişafı istiqamətində əlimizdən gələn dəstəyi verməyə çağırıram". 
    Buz.Su 

    Mənbə: https://news.milli.az/society/1178036.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib24 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    33
    36
    30
    34
    27
    22
    20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar