Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycanla sərhəddə qərargah açdılar - “Bu başlanğıcdır” Xəbərlər

0

  • Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasının yeni qərargahı açılıb. Missiyada ümumilikdə AB-nin 23 üzv ölkəsinin müşahidəçiləri yer alır.
    Buz.Su teleqraf.com-a istinadən bildirir ki, bunu AB-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter missiyanın Yeqnadzorda mənzil-qərargahının açılış mərasimində çıxışı zamanı deyib.
    "Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, AB missiyası tam fəaliyyət qabiliyyətinə çatıb. Sentyabrın əvvəlində bizim Qafan, Gorus, Cermuk, Yeqnadzor və İcevanda 6 ofisimiz vardı. Patrullarımızın köməyi ilə Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik. Keçən həftə Ermənistan-Azərbaycan sərhədində 1000-ci patrul keçirmişik.
    Sərhəd bölgələrində olmağımızla gərginliyin azaldılmasına töhfə veririk. Bütün AB və beynəlxalq ictimaiyyətin diqqətini bu münaqişəyə cəlb edirik, hesabatlarımızla AB-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinə töhfə veririk. Düşünürəm ki, hamımız bu regionun davamlı sülh və sabitliyə layiq olduğu ilə razılaşırıq. Ümid edirəm ki, birlikdə bu məqsədə töhfə verə bilərik", - missiya rəhbəri bildirib.
    Ritter gördükləri işləri "AB-nin Ermənistandakı missiyasının başlanğıcı" adlandırıb.

    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1154978.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    90
    22
    28
    32
    22
    33
    28
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar