Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Van Qoqun muzeydən oğurlanan tablosu tapıldı Xəbərlər

0

  • Van Qoqun 2020-ci ilin martında Niderlanddakı bir muzeydən oğurlanmış 1884-cü il tarixli "Nuenendəki Papaz evi bağçası" tablosu 3,5 il sonra tapılıb.
    Buz.Su qafqazinfo-ya istinadən xəbər verir ki, 139 yaşlı rəsm niderlandlı detektiv Artur Branda təhvil verilib.
    Brand tablonun ona yastıq üzünə bükülmüş çantada adının açıqlanmayan bir şəxs tərəfindən verildiyini bildirib. O, tablonu verən şəxsin oğurluqla əlaqəsinin olmadığının məlum olduğunu qeyd edib.
    Dedektivin sözlərinə görə, cinayət təşkilatları arasında yayılan və polis tərəfindən axtarışda olan tablo ona "şəxsiyyətinin məxfi qalması şərti ilə" bir şəxs tərəfindən gətirilib.
    Qeyd edək ki, əsər 2020-ci ilin mart ayında Amsterdamın Laren şəhərindəki muzeydən oğurlanıb. Oğurluq Covid-19 epidemiyasının başladığı 2020-ci ildə komendant saatı dövründə "Singer Laren" muzeyinin şüşə divarlarının sındırılması nəticəsində baş verib.
    Sözügedən tablonu oğurlayan fransız oğru Nils M hadisə yerində DNT ilə müəyyən edilib.
    Oğru 2021-ci ildə 8 il həbs cəzasına məhkum edilsə də, Van Qoqun milyonlarla avro dəyərində olan tablosunu tapmaq mümkün olmayıb.
    Buz.Su

    Mənbə: https://news.milli.az/culture/1143006.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaMədəniyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    26
    30
    36
    27
    5
    21
    22
    27
    27
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar