Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakı və Abşerondakı bu binalara çıxarışlar verilməyəcək Xəbərlər

0

  • Bakı şəhərində və Abşeron rayonunda mənzilləri çıxarışla təmin olunmayan bir çox yaşayış binaları mövcuddur. Onların arasında inşası tamamlanan və hətta istismara verilən binalar da var. İstismara verilən mənzil sahibləri isə illərdir çıxarışlarını ala bilmirlər. 
    Buz.Su xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, çıxarış verilməyən binaların müəyyən problemləri mövcuddur.
    Onun sözlərinə görə, bu problemlərin hələ də həll olunmaması çıxarışla bağlı məsələni uzadır. Ekspert bildirib ki, əsas problemlərdən biri təhlükəsizliklə bağlıdır: 
    "Hansı ki, həmin binalar dövlət tərəfindən istismara qəbul edilməyib. Çünki həmin binaların davamlılığı Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri ilə təmin olunmayıb. Ona görə də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu binaların çıxarışla təmin olunması mümkün olmayacaq". 
    R.Qasımzadə vurğulayıb ki, digər problemlərdən biri binaların inşa edildiyi torpaqlarla bağlıdır: "Həmçinin Mənzil-Tikinti Kooperativləri (MTK) və ya məhdud məsuliyyətli cəmiyyət (MMC) tərəfindən binanın özəlləşdirilməməsidir. Yəni dövlət torpaqlarında tikilən binanın alt torpaq sahələrinin özəlləşdirilməməsi çıxarış verilməsini qeyri-mümkün hala gətirir. Təəssüf ki, bəzi tikinti şirkətləri məlumat vermədən dövlət torpaq sahələrində bina inşa edir. Hətta bununla bağlı bir sıra məhkəmə işləri də var. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin MTK-lar məhkəməyə verilib və torpaq sahəsinin özəlləşdirilməsi tələb olunub. Bundan başqa, əksər binalarda hüquqi məsələlərdən yaranan problemlər də az deyil. Xüsusilə də Baş Prokurorluq tərəfindən araşdırılan binalarda bir mənzilin bir neçə nəfərə satışının həyata keçirilməsi aşkarlanıb. Ona görə də həmin binalar hələlik çıxarışla təmin olunmayıb".

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1174702.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    32
    29
    35
    24
    7
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar