Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Güclər siyasəti güclə dəyişir: indi nə etməliyik? Xəbərlər

0


  • 21-ci əsrin 3-cü onilliyi Qərblə Şərqin, inkişaf etmiş dövlətlərdən ibarət "Qızıl milyard"la inkişaf etməkdə olan ölkələrdənr ibarət "Qlobal cənub" arasında qarşıdurmanın ifrat kəskinləşməsinin təzahürünə çevrildi.


    İndi böyüklərlə kiçiklər, zəiflərlə güclüləri arasındakı mübahisələr artıq münaqişələrə dönüb. Yaşananları ənənəvi və artıq köhnəlmiş geosiyasi konstruksiyalarla, ideoloji nəzərəiyyələrlə izah etmək mümkün deyil.
    21-ci əsrin əvvəllərinədək qlobal siyasi arenada sosializm, liberalizm və konservatizmdən (mühafıizəkarlıq) ibarət üç əsas konsepsiya vardı. Amma inkişaf etməkdə olan və ya yoxsul dövlətlərdə islamçılıq, millətçilik, revanşizm və s. güclənməyə başladı.
    Hazırda yaşanan proseslər illər əvvəl start götürmüş hadisələrin davamıdır.
    Məsələn, Yaxın Şərq və Şimali Afrika ölkələrindəki proseslər ənənəvi konsepsiyalar çərçivəsində olmayan İslam təmayüllü partiyalar, hərəkatlar və qruplaşmaların aktivləşməsidir.
    Hindistanda baş verənləri Qərb ənənəvi kanonlarla təhlil etməyə çalışdığından baş nazir Narendra Modinin cəmiyyəti az qala "Şri-Upanişad" dönəmindəki kasta sisteminə qaytarmağa çalışdığını iddia edir.
    Çin lideri Si Szipin "bəşəriyyətin ümumi taleyi"ndən bəhs edəndə kollektiv Qərb bunu kommunizm ideologiyasından, maoizm nəzəriyyəsindən çox uzaq yenilik kimi qəbul edir.
    Tarixin yeni qasırğalarının əsdiyi, yeni formasiyalarının yarandığı və sivilizasiyalar toqquşmasının yaşandığı dövrdə Azərbaycan nə etməlidir, hansı mövqeni tutmalıdır?
    Sual ritorik deyil, cavab tələb edir.
    İlk əvvəl nə baş verdiyini anlamalıyıq. Zahiri görüntülərin pərdələdiyi mahiyyətə nəzər salsaq, çox maraqlı proseslərin getdiyini görərik.
    Cərəyan edən hadisələr yeni təhlil, yeni yanaşma və yeni interpretasiyalar tələb edir.

    1990-cı illərdə Frensis Fukuyama və Semuel Hantinqton tarixin sonu ilə sivilizasiyalar toqquşmalarının qaçılmazlığından bəhs edəndə onların açıqlamaları elmi yox, daha çox publisistika janrındakı yaradıcılıq hesab edirdilər.
    Fukuyamanın tarixin sonu nəzəriyyəsi ilə Hantinqtonun bəşəriyyətlərin toqquşması konsepsiyası ilk baxışdan fərqli təsir bağışlasalar da, zaman keçdikcə onların mahiyyət etibarilə bənzər olduqları aşkarlandı.
    Çünki hər iki nəzəriyyə Georg Vilhelm Hegelin "tarixin sonu" anlamına əsaslanırdı: xatırladım ki, Hegelin qənaətinə görə, tarixin ruhu iqtisadi, mədəni, sivilizasiya, sosial və s., xüsusilə də metafizik anlamların üzvi birləşməsidir.
    Hegel hesab edirdi ki, dövlət və ya idarəetmənin istənilən mahiyyətli belə forması cəmiyyəti təşkil edən xalqın sosial və siyasi sorğularına cavab verir.
    Tarix əvvəlcə kommunist, sonra millətçi-irqçi nəzəriyyələri məhv etdi.
    Qalant sadəcə, liberallıq və ya onun ən radikal formasına çevrilmiş libertarianlıqdır.
    Adolf Hitlerin nasional-sosializmindəki "ari irqin üstünlüyü" ideolqiyası əslində üç əsr əvvəl "Ağ adamın yükü" ideologemi ilə Qərbə yayılmışdı.
    Qərbin indi özünü demokrat, liberal, insan haqlarını ən önəmli məqamlardan biri hesab etdiyni vurğulayan kollektiv şüuru əsrlər əvvəl Avropadan savayı bütün məkanları ikinci, üçüncü və s. dərəcəli insanların yaşadıqları yerlər sayırdı.
    Müstəmləkəçiliyin ideoloji mahiyyəti və takanveriici şüarı bu idi.
    Avropa müsəlmanlara əsla önəm vermirdi, çünki həmin dönəmlərdə dünyada cəmi iki müstəqil müsəlman dövləti vardı - Türkiyə və İran. Müsəlmanların yaşadıqları bütün başqa ərazilər Avropanın müstəmləkələri və ya təsir altında saxladıqları ərazilərdi.
    İndi mövcud olan müsəlman dövlətlərinin total əksəriyyətinin, yəni Türkiyə və İrandan savayı, sərhədlərini özləri müəyyənləşdirməyiblər.
    Azərbaycan sərhədlərimizin əvvəlcə İran və çar Rusiyası, daha sonra isə Sovetlər Birliyinin rəhbərliyi tərəfindən bəlirlənməsi nəticəsində əzəli torpaqlarımızın böyük qismini itirdik.
    Digər müsəlman ölkələrinin taleyi də eynidir. Yaxın Şərqdəki ərəb ölkələrinin istisnasız olaraq hamısının sərhədləri 1916-cı ildəki Sayks-Piko anlaşması əsasında müəyyənləşdirilib.
    Afrikadakı müsəlman ölkələrinin xəritələri isə sözün hərfi mənasında kağız üzərində xətkeşlə çəkilmişdi.
    Bütün bunlardan bəhs etməkdə məqsədim tarixə ekskurs etmək yox, Qərbin hazırda yürütdüyü siyasətin nəyə əsaslandığını xatırlatmaqdır.
    Fransanın Azərbaycana qarşı düşmən mövqe tutması, müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizlə bağlı qərəzli və subyektiv davranışlar, absurd bəyanatlar və ultimatum ruhlu açıqlamalar - bütün bunlar çağdaş geosiyasətin derivativ prinsiplə çalışdığını göstərir.
    Törəmə maliyyə aləti olan derivativ tərəflərin baza aktivi ilə bağlı bəzi hərəkətlərinin öhdəliyidir. Yəni kimsə on, iyirmi və ya yüz il sonra böyük şirkət qurub izafi gəlir əldə edəcəyini deyir, qarşı tərəfi buna inandırır, hələ qurmadığı şirkətinin perspektivdə əldə edə biləcəyi gəlirlərinə əsasən səhmləri satır.
    Derivativləri satın alan tərəf də borc öhdəliklərini satışa çıxararaq əlavə gəlir əldə edir.
    Müasir geosiyasətdə Qərb inkişaf etməkdə olan dövlətlərə məzv derivativ prinsiplə yanaşır, vədlər verərək müqabilində siyasi loyallıq, idarəolunma razılığı, təbii resurslar və s. əldə edir.

    Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya rəsmi səfəri və onun Yelisey Sarayında Fransanın prezidenti Emmanuel Makronla görüşməsi də sözügedən məcradakı "metropoliya-yeni müstəmləkə" münasibətlərinə dəlalət edir.
    Paris Ermənistana tərəfdaş, müttəfiq və ya intensiv əlaqələrinin olmasına zərarət duyduğu dövlət kimi yox, Cənubi Qafqazdakı proseslərə müdaxilə vasitəsi qismində baxır.
    Fransız neokolonializminin əksinə olaraq, Azərbaycanla Türkiyənin bölgədəki siyasəti risklərin aradan qaldırılmasına, sülh və stabilliyin bərqərar olmasına yönəlib.
    Fransa indi bölgədə geosiyasi minalar basdırmaqla məşğuldursa, Bakı və Ankara sapyor rolunu yerinə yetirirlər.
    Adi misal: Azərbaycanın enerjidaşıyıcılarının dünya bazarlarına nəql olunduğu marşrutların keçdiyi Gürcüstanın suverenliyinin və müstəqilliyinin əsas qarantları əslində NATO, Avropa İttifaqı və ya ABŞ yox, Azərbaycanla Türkiyədir.
    Ermənistanın hakimiyyət dairələrisə hələ də dərk etmirlər ki, Zəngəzur dəhlizi layihəsi reallaşarsa, Bakı və Ankara həm də ermənilərin müstəqilliklərinin təminatçısı olacaqlar.
    Fransa isə tam əksinə, bölgəmizlə bağlı marginal və birtərəfli diplomatiyası ilə Ermənistana Rusiyadan qurtulmaq şansını versə də, əvəzində İrəvanı çox riskli, fəlakətlər vəd edən istiqamətə aparır.
    Ermənilər eyforiyaya qapıldıqlarından bunu anlamırlar.
     
    Elçin Alıoğlu
    TREND

    Mənbə: https://news.milli.az/politics/1157231.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    36
    16
    6
    33
    10
    20
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar