Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov Xəbərlər

0

  • Bakı və İrəvan vasitəçilər olmadan kifayət qədər uğurla birbaşa danışıqlar apara bilər.
    Buz.Su axar.az-a istinadən bildirir ki, bunu Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını şərh edərkən deyib.
    "Delimitasiyanın başlanması prosesi bu mövzunun neçə ildir həyata keçirilə bilməməsi fonunda Ermənistan-Azərbaycan sülh prosesində çox mühüm irəliləyişdir. Şübhəsiz ki, Azərbaycan burada yenidən güclü mövqedən çıxış edir və yenidən özünün olanı geri qaytarır. Lakin İrəvanın sülh prosesində irəliləməyə hazır olması Ermənistana yalnız uzunmüddətli perspektivdə fayda gətirməlidir. Ola bilsin ki, nəhayət sülh müqaviləsi imzalansın. Sülh prosesi böyük çətinliklər və bəzən İrəvanın ziddiyyətli bəyanatları, Qərbin Ermənistanın tərəfini tutmaq cəhdləri ilə müşayiət olunur. Lakin sülh prosesi yolunda müsbət irəliləyiş faktı hələ də konstruktivliyin baş verə biləcəyinə dair müəyyən ümidlər yaradır. Kəndlərin Azərbaycana qaytarılması ilə bağlı gördüyümüz etirazlara gəlincə, Bakı-İrəvan münasibətlərinin tənzimlənməsi prosesində ilk dəfə deyil ki, belə bir halı müşahidə edirik. Ona görə də ilk növbədə bu kəndlərin kimə məxsus olmasına arxalanmalıyıq. Və təxribatlara əhəmiyyət verməməliyik", - o bildirib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1198912.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 həft. öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    16
    13
    25
    21
    32
    15
    9
    22
    23
    29
    34
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar