Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Lotu Quli”ni öldürən şəxsə hökm oxundu - FOTO Xəbərlər

5/5

  • 2020-ci ildə Türkiyənin Antalya şəhərində qətlə yetirilən və Azərbaycanda kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərə hökm oxunub.
    Buz.Su musavat.com-a istinadən bildirir ki, təqsirləndirilənlərdən Xaqan Zeynalov və Əmir Həmidli ömürlük, Əli Mövlamlı və Rəsul Həsənov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
    Həbs olunmayan dörd təqsirləndirilən şəxsə bəraət verilib.
    Xatırladaq ki, 2020-ci il avqustun 20-də gecəyarısı Serik rayonu, Boğazkent rayonunda yerləşən 5 ulduzlu hotelin restoranında "Nazir Əzizoğlu"nun adına olan şəxsiyyət vəsiqəsindən istifadə edən "Lotu Quli"yə yaxın adamlarından Xaqan Zeynalov baş nahiyəsindən iki güllə vurub. Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov hoteldən çıxaraq onu gözləyən Əmir Həmidlinin idarə etdiyi kirayə avtomobillə qaçıb. Hadisə yerinə gələn həkim briqadasının ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılan Səlifov dünyasını dəyişib.
    Şübhəlilər Dənizlidə ələ keçiblər. Saxlanılanlardan Xaqan Zeynalov xəsarət aldığı üçün xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
    Onlara qarşı "qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi açılıb.
    Bakırköy Respublika Prokurorluğunun göstərişi ilə İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin Azərbaycanda "Lənkəranski" ləqəbi ilə tanınan və 18 avqust 2016-cı ildə Beşiktaşda qətlə yetirilən Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədi ilə törədildiyi müəyyən edilib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/turkey/1195110.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib11 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12
    29
    12
    14
    20
    13
    17
    17
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar