Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakıda qısqanc ər ailəsinə DƏHŞƏT YAŞATDI: Oğlunun gözü qarşısında arvadının... Xəbərlər

0

  • Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rahib Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
    Buz.Su pravda.az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
    İttihama görə, hadisə 1 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Stimul" Hospital ilə üzbəüz parkın yaxınlığında qeydə alınıb. Belə ki, Rahib Qafarov arvadı Samirə Qafarova (şərti) ilə aralarında qısqanclıq zəminində mübahisə edib. Həmin vaxt orada cütlüyün böyük oğlu da olub. Təqsirləndirilən şəxs oğlunun gözü qarşısında sulfat turşusu - "kislota" olan şüşə butulkanın qapağını açıb.
    Daha sonra o, "kislota"nı birbaşa qadının üstünə və dayandığı istiqamətə səpələyib. Nəticədə qadın gözündən ağır xəsarət alıb. Hadisədən sonra o saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə iclasında Rahib Qafarov ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, 2022-ci ilin yay aylarında evdən ona tanış gəlməyən səs eşidib, arvadı Samirənin hərəkətləri şübhəli gəldiyindən qadının çantasına baxıb:
    "Bu zaman həyat yoldaşımın əl çantasında öz telefonundan əlavə bir telefon da tapdım. Həmin telefona baxanda gəlmiş SMS-lərin məzmunundan Samirənin müxtəlif vaxtlarda, müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu aşkarladım. Arvadım bu SMS-lərlə bağlı məlumat verdi, bunu etiraf etdi və onu bağışlamağım üçün yalvardı.
    Mən də arvadımı bağışladım. Lakin bir müddət sonra eyni əməllərin təkrarlandığını aşkarladım. Samirənin bağışlandıqdan sonra yenə əxlaqsız hərəkətləri etməsinə çox əsəbiləşdiyim üçün onun sağlamlığına zərər vurdum. Hadisəni törətdiyim gün Samirəni aldadaraq o və böyük oğlumla görüşdüm. Onlarla birgə avtobusdan düşən vaxt arvadıma mobil telefonunu verməsini tələb etdim. Lakin Samirə telefonunu verməkdən imtina etdi, mənim və ailəm haqqında nalayiq ifadələr işlətdi. Mən də bundan əsəbiləşdim və özümlə gətirdiyim, "kislota" kimi bildiyim kimyəvi maddə olan şüşənin qapağını açaraq onun sifətinə tökdüm".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/incedent/1176124.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaHadisələr
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    28
    25
    21
    20
    16
    22
    3
    298
    2
    39
    35
    36
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar