Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Antalyada funikulyorda qorxu dolu anlar: Ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO - FOTO Xəbərlər

0

  • 15:19

    Xəbərə video əlavə olunub.


    09:51

    Türkiyənin Antalya vilayətində funikulyor yüksəklikdən aşıb, bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
    Buz.Su oxu.az-a istinadən xəbər verir ki, hadisə Antalyanın qərbindəki Konyaaltı çimərliyindən dağa qalxan liftdə baş verib. Antalya Böyükşəhər Bələdiyyəsinə məxsus kanat yolunun dirəklərindən biri qoparaq kabinəyə dəyib. Kabinənin döşəməsi qırılan zaman içəridə olan səkkiz nəfər bir neçə metr hündürlükdən yerə yıxılıb.
    "Naməlum səbəbdən bir kabinə hərəkət edərkən qırılıb düşüb", - deyə məlumatda bildirilib.
    Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım briqadaları gəliblər.
    Şahidlərdən biri bildirib ki, lift xarab olmazdan əvvəl o, partlayışa oxşayan səs eşidib, bundan sonra kabinə çox güclü silkələnib.
    00:12

    -----------

    Türkiyənin Antalya vilayətinin Konyaaltı rayonunda yerləşən istirahət mərkəzlərindən birində kanat yolunda qəza baş verib.
    Buz.Su axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
    Bildirilib ki, hərəkətdə olan zaman kanat yolunun kabinələrindən biri qırılaraq yerə düşüb.
    Hadisə zamanı 1 nəfər ölüb. Eyni zamanda qəza nəticəsində xəsarət alanların da olduğu bildirilib.
    Kabinənin hansı səbəbdən qırılması hələlik məlum deyil.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/turkey/1196440.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib12 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    19
    14
    44
    12
    11
    22
    16
    22
    10
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar