Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakıda səfirlikdən məhkəməyə: yemək daşımaq da ABŞ-ın "geosiyasi marağı"dır? – VİDEO - FOTO Xəbərlər

0


  • "... Burada əsas məsələ biznes qurmaq yox, həmin biznesi qorumaqdır. Bizim şirkətlərimiz hər şeydən üstün olmalıdır - qanunlardan da, buranın vətəndaşlarından da, qaydalardan da. Çünki o şirkətlər bizimdir"


    Əfsanəvi amerikalı kinorejissor Frensis Ford Koppolanın "Xaç atası" ("The Godfather") trilogiyasında Kubada biznesini genişləndirmək istəyən Maykl Karleone Kubanın paytaxtı Havanada belə demişdi.
    Təbii ki, kiinematoqrafla gerçək həyat arasında fərqlər var: amma Hollivud bəzi hallarda həmin fərqləri minimuma endirir, ABŞ-ın dünyanın müxtəlif ölkələrində yürütdüyü siyasəti, Vaşinqtonun strategiyasını və qlobal taktiki gedişlərini dəqiqliklə göstərməyə çalışır.

    Havana və Vaşinqton Bakıdan çox uzaqdadır, ancaq Birləşmiş Ştatlar deyəsən, bir zamanlar Kubaya sərgilədiyi davranış modelini indi ölkəmizdə təkrarlamağa çalışır.
    2014-cü ildə Finlyandiyada yaradılan, sonra dünyanın müxtəlif ölkələrində yerli bölmələri və şirkətləri vasitəsilə transmilli biznes subyektinə çevrilən "Wolt" servisdir.
    Yemək, ərzaq, gündəlik tələbat malları, içki və s. daşıyır, müştərilərə çatdırır.
    Yəni Qərbdə "qapıdan qapıya" ("Door to Door") sistemi ilə çalışan onlarla beynəlxalq, yüzlərlə və ya minlərlə regional şirkətlərdən biridir.
    "Wolt" Azərbaycanda 2019-cu ildə fəaliyyətə başlayıb, qısa zamanda bazardakı yerini və payını böyüdüb.
    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Wolt"un ölkəmizdəki bölməsi olan "Wolt Services Azərbaycan"la bağlı iradları var.
    Belə ki, agentliyin əməkdaşları tərəfindən "Volt Services Azərbaycan" MMC-yə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Əcəmi Naxçıvani ev 103, giriş 3 ünvanında fəaliyyət göstərən "Wolt Market"də plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.
    Ərzaq məzsullarının saxlanma və çatdırılma şərtlərinin pozulması bəlirlənib.

    Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar "Wolt Azərbaycan" MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.
    Dövlət qurumu ilə şirkət problemin həll yolunu məhkəmədə görüblər.
    Azərbaycanda hazırda müxtəlis səviyyəli məhkəmələrdə bəhs etdiyimiz məzmunda və məcrada çoxsaylı məhkəmə prosesləri var ki, onların tam əksəriyyətinin təfərrüatları vətəndaşlarımız üçün əlahiddə maraq kəsb edir.
    Adi, hətta rutin məsələdir: bütün ölkələrdə iri, orta və ya kiçik biznes strukturları ilə dövlət qurumları arasında mübahisələr olur, çəkişmə məhkəmələrədək gedib çıxır.
    İqtisadi, maliyyə, əmlak və ya kommersiya mübahisələridir - kütləvi informasiya vasitələri belə, çox nadir hallarda həmin proseslərə diqqət yetirirlər.
    Belə məhkəmələrdə Bakıdakı səfirliklərinin əməkdaşlarının iştirakı ümumiyyətlə, nonsens və paradoks hesab olunur.
    Amma görünür, amerikalı diplomatlar üçün yox.
    "Wolt Azərbaycan"la bağlı məhkəmə prosesində ABŞ-ın Azərbaycandakı səfirliyinin iki əməkdaşı iştirak ediblər.
    Kiçik məhkəmə zalına yollanaraq orada oturan bu şəxslər iclasın sonunadək prosesi izləyiblər.
    İlk baxışdan ritorik suallar yaranır: ABŞ səfirliyinin əməkdaşları nə vaxtdan Azərbaycanda iqtisadi mübahisələrin nizamlandığı məhkəmələrə qatılırlar? Bu marağın səbəbi nədi?

    Cavablar mürəkkəb deyil.
    "Wolt" artıq Finlyandiya şirkəti deyil: ABŞ-ın ən böyük ərzaq çatdırılması və merçandayzinq şirkətlərindən olan "DoorDash" onu ötən il 8,1 milyard dollara satın alıb.
    ABŞ səfirliyinin əməkdaşlarının məhkəməyə yollanıb iclasda iştirak etmələrinin əsas səbəbi "Birləşmiş Ştatların biznes subyektinə Azərbaycanda süni çətinliklər yaradılması" ilə bağıl "monitorinq" aparılmasıdır.
    Ancaq bu səbəb də yetərli sayıla bilməz, çünki istənilən halda diplomatik nümayəndəliyi iclasda iştirakı məhkəməyə dolayısıyla təzyiqin bir formasıdır.
    ABŞ-ın Azərbaycanın daxili siyasətinə müdaxilə cəhdləri arasında səfirliyin iki əməkdaşının məhkəməyə yollanması ilk hal, yaxud presedent deyil.
    Birləşmiş Ştatların rəsmi qurumlarının, xüsusilə də Dövlət Departamentinin "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi" sloqanı ilə fəaliyyəti rəsmi Bakını qayğılandırır.
    Söz yox, vətəndaş fəallığı və təşəbbüskarlığı, əhalinin hüquqi maariflənməsi, vətəndaşların mövcud problemlərin aradan qaldırılması ilə bağlı hakimiyyət qarşısınla tələblərini səlis formalaşdırıb çatdıra bilməsi yaxşıdır, gərəkdir və lazımdır. Bu, müasir dünyada sosial inkişafın labud şərtlərindən biridir.
    ABŞ Konqresinin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) büdcəsi çərçivəsində maliyyələşdirdiyi "Milli Demokratiyanın Dəstəklənməsi Fondu"nun (NED) yeni qrant layihəsinə nəzər saldıqda, fərqli mənzərə görünür.
    Vətəndaş cəmiyyətinin inkişafı, vətəndaşlarla hakimiyyət arasında dialoq və ən əsası, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarət önəmli məsələlərdir.
    Amma bu məsələlər Azərbaycanın daxili işləridir: istənilən dövlətin, beynəlxalq qurumun və ya hansısa təşkilatın prosesə müdaxiləsi yersiz, qanunsuzdur.
    USAİD  və NED isə tam əksinə, hesab edirlər ki, Azərbaycanın daxili işlərinə nəinki qarışa bilərlər - hətta vətəndaşlarımıza nəyi necə etməklə bağlı göstərişlər də vermək hüquqlarına malikdirlər.
    Yaxın Şərqdə, postsovet məkanı ölkələrində olduğu kimi, USAİD və NED öz prqramları, "dəstək qrantları" məsləhətləri və "treninq"ləri ilə cəmiyyətdəki proseslərə müdaxilə etməyə, aşkar siyasi məqsədlərini reallaşdırmağa çalışırlar.
    Həmin qurumlar nədənsə hesab edirlər ki, istənilən dövlətdə demokratiyanı çox qısa müddətdə, hətta üç-beş ilə qurmaq, maksimum on il ərzində cəmiyyəti tam Qərb dəyərləri və standarları ilə yaşayan sosiuma çevirmək olar.
    Amerikalılar "sınaq"lar aparmağa çalışdıqları ölkələrdəki mental dəyərləri, sosial-mənəvi şərtləri, iqtisadi durumu və s. məqamları nəzərə almaq istəmirlər.

    USAİD və NED hesab edirlər ki, Azərbaycan cəmiyyəti mütləq şəkildə amerikalılarnı həyat və düşüncə tərzinə valeh olmalı, vəcdə gəlməli, tennesili və ya montanalı amerikalı kimi düşünməyə başlamalı, Vaşinqtonun göstərişlərini dərhal yerinə yetirməlidir.
    Qlobal proseslər, xüsusilə Şimali Afrika, Yaxın Şərq və postsovet məkanındakı proseslər göstərdilər ki, ABŞ belə "demokratiya ixracı"nda, "narıncı inqilab" reseptlərinin tirajlanaraq reallaşdırmaq istəyində daim kobud səhvlər edir, amerikalıların ssenarisi ilə həyata keçirilən "yenilik"dən sonrakı vəziyyət əvvəlki durumdan dəfələrlə pis olur. Bəzənsə "demokratiya eksperimenti" və "kütlələrin etirazı" qanlı vətəndaş müharibəsi, ölkənin parçalanma həddiən çatması, xaos və anarxiya ilə bitir.
    Azərbaycan bundan çəkinmir.
    USAİD və NED kimi qurumlar bundan sonra da istədikləri qədər qrantlar paylaya bilər, seminarlar, treninqlər, kollokviumlar və s. keçirə bilərlər.
    Bakı bütün sahələrdə olduğu kimi, sosiumun inkişaf yollarının müəyyənləşməsi məsələsində də rəqabətə daim hazırdır.
    Çünki güclüdür, qətiyyətlidir, ölkədə hakimiyyətlə cəmiyyət arasındakı sinergiyaya və birliyə əmindir.
    ABŞ səfirliyinin iki əməkdaşının hansısa məhkəmə prosesinə yollanaraq "Biz buradayıq!" messicini verməyə çalışmaları, Birləşmiş Ştatların çeşidli "müstəqil" fondlarının və təşkilatının ölkədəki ümidsiz marginal müxalifət dəstələrini gizli şəkildə maliyyələşdirməkdən tutmuş, ölkənin daxili işlərinə ən müxtəlif formalarda müdaxilə cəhdləri nəticə verən deyil.
    Çünki Azərbaycan "Xaç atası"nda əks olunmuş Kuba deyil.
    Elçin Alıoğlu
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/politics/1140634.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib32 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    19
    13
    11
    27
    12
    25
    30
    22
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar