Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bu göbələkləri yığanlar 9 il həbs olunacaq Xəbərlər

0

  • Oktyabrın 12-dən Rusiya Cinayət Məcəlləsində "Qırmızı Kitab"a düşmüş göbələk eləcə də bitki növlərinin məhvinə və zədələnməsinə qarşı mübarizəni nəzərdə tutan yeni maddəsi qüvvəyə minəcək.
    Buz.Su lent.az-a istinadən bildirir ki, vəkil Tatevik Çuquryan bu cür göbələklərin toplanmasına görə 9 ilə qədər həbs cəzası ola biləcəyi barədə xəbərdarlıq edib. Bununla belə, o qeyd edib ki, bu tədbir çox güman adi göbələk toplayanlara şamil edilməyəcək.
    2023-cü ilin aprelində Rusiya prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə müvafiq dəyişiklikləri təsdiqləyib. Yeni qanuna əsasən, "Qırmızı Kitab"a daxil edilmiş bitki və göbələkləri qəsdən məhv etmə, zədələmə, qanunsuz çıxarma, toplama, əldə etmə, saxlama, daşıma, göndərmə yaxud satma 9 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
    Çuquryan xatırladıb ki, bu cür hərəkətlərə görə məsuliyyət İnzibati Xətalar Məcəlləsində də nəzərdə tutulub. Cinayətin təsnifatı ətraf mühitə dəymiş zərərin dərəcəsindən, təqsirkarlığın və ictimai təhlükənin dərəcəsindən asılı olacaq. Bununla belə, vəkilin fikrincə, göbələk toplayanlara qarşı cinayət məsuliyyətinin tətbiq olunması ehtimalı azdır.
    Buz.Su

    Mənbə: https://news.milli.az/interest/1145957.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    34
    34
    25
    31
    30
    15
    25
    29
    26
    24
    37
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar