Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakıda toylarda yeni "yarıçılpaq kuklalar" dəbi - VİDEO Xəbərlər

0

  • Son zamanlarda toy, xınayaxdı, ad günü kimi şənlik mərasimlərinə dəvət edilən "kukla"lar müzakirələrə səbəb olub.
    Buz.Su ölkə.az-a istinadən xəbər verir ki, açıq-saçıq geyim görünüşündə, cazibədar obrazda hazırlanmış bu kukla geyimində olan şəxslər insanlar tərəfindən birmənalı qarşılanmayıb.
    Belə ki, sosial şəbəkə istifadəçilərinin bir qismi bu cür kuklaları "əxlaqsızlığın təbliği" və "abırsızlıq" adlandırıb. Onlar hesab edir ki, azyaşlıların olduğu yerə belə kuklaların çağırılması düzgün deyil. 
    Mövzu ilə bağlı danışan klinik psixoloq Rövşən Nəcəfov bunun fərqlənmək istəyindən qaynaqlandığını deyib. O hesab edir ki, belə bir addım atdığına görə insanları qınamaq olmaz:
    "İnsan düşüncəsində hər zaman qeyri-adilik etmək niyyəti var. Onlar xoş günlərinin yaddaqalan olmasını istəyir. Bu zaman yeniliklər etməyə çalışırlar ki, istər toyları, istərsə də digər bənzər tədbirləri qonaqlar üçün yaddaqalan olsun. Həmin kuklalaların insan düşüncəsində nəyi ifadə etməsi hər bir şəxsin fərd olaraq bunu düşüncəsində necə müəyyən etməsindən asılıdır. Biz buna görə həmin insanları qınaya bilmərik və hadisələrə təkcə öz pəncərəmizdən yox, həm də onun pəncərəsindən baxmalıyıq".
    Psixoloq bildirib ki, insanlarımız bəhsə getmək üçün bəzən maddi məsələləri öz xoşbəxtliklərindən daha çox önəmsəyirlər:



    "Ümumiyyətlə, xoş günlərdə insanlar bəzən bəhsə getmək prinsipi ilə nələrisə qeyd etməyə çalışırlar. Burada söhbət təkcə kuklalardan getmir. Həm də dəbdə olan bahalı maşının kirayə götürülməsi və s. bu kimi halları misal göstərmək olar. Ailə quran şəxslər həmin xərcləri qarşılamaq üçün bir müddət öz xoşbəxtliklərini düşünmürlər. Onlar daha çox maddi öhdəliklərinin məsuliyyətini daşıyırlar. Belə olan halda isə ailədə hər zaman konfliktlər üçün zəmin yaranır. Bunun baş verməməsi üçün insanlar özlərinə uyğun, xoşbəxtliklərinə mane olmayacaq addımlar atmalıdırlar. 
    Təbii ki, xoş günlərinin yaddaqalan olmasını arzulayırlar, amma bəzən həqiqətən də başa düşülməyən olur. Bu da insanların düşüncəsinin və ya düşüncəsizliyinin məhsuludur. Bütün hallarda insanlar əylənmək istəyir və öz əyləncələrini də fərqli ifadə etmək istəyirlər. Bu da onların daxili dünyasıdır. Fikirləşirlər ki, müxtəlif, qeyri-adi mənəvi və fiziki kuklalar olmalıdır".
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1155492.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    38
    39
    20
    5
    20
    22
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar