Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Laçın” SBM-dən erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir - VİDEO Xəbərlər

0

  • "Laçın" sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir.
    Buz.Su Trend-ə istinadən bildirir ki, görüntülərdən aydın olur ki, erməniəsilli şəxslərin keçidi tam təhlükəsiz şəraitdə həyata keçirilir.
    Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə Qarabağda yaşayan erməni sakinlərə müraciət edərək, öz yaşayış yerlərini tərk etməməyə Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırıb. Lakin bunu qəbul etməyən sakinlər könüllü surətdə, öz şəxsi qərarları ilə Qarabağdan köçürlər.
    Xatırladaq ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
    Bildirilib ki, bu fəaliyyət çərçivəsində ilkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur.
    Müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal vasitəsilə müraciət edən şəxslərin maksimum rahatlığı və informasiya əlçatanlığını təmin edəcək şəkildə elektron qaydada həyata keçiriləcəkdir.
    İlkin qeydiyyata alınma Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradacaq.
    Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərə çatdırır ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına və ya aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:
    Telefon nömrəsi: +994 12 526 09 19
    WhatsApp nömrəsi: +994 70 527 09 19
    Elektron poçt ünvanı: [email protected]
    Əlavə olaraq, yaxın zamanda müraciətlərin yerlərdə qəbulu təşkil ediləcəkdir.
    Buz.Su

    Mənbə: https://news.milli.az/country/1146481.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    20
    15
    23
    13
    26
    9
    31
    16
    26
    29
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar