Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Barmaq izini şəklində ada Xəbərlər

0

  • Adriatik dənizində yerləşən və uzunluğu 23 kilometrdən çox olan divarlara malik bu kiçik ada Xorvatiyaya məxsusdur.
    Buz.Su lent.az-a istinadən xəbər verir ki, dalmasiya tipli sahillərdə (sahillərə paralel uzanmış dağların ətəklərində çökək hissələrin dəniz suları altında qalması nəticəsində əmələ gəlir) yerləşən bu ada Baljenak adasıdır. Onun sahəsi 0.14 kvadratmetr, sahil uzunluğu isə 1431 metrdir.
    Adada qədim alçaqboylu daş divarlardan ibarət şəbəkənin mövcudluğu səbəbi ilə havadan çəkilən görüntüsünün barmaq izini xatırlatması, bu adanı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün Xorvatiyanın rəsmi qurumlara müraciətinə səbəb olub. Bu müraciət isə müsbət cavablandırılıb.
    Baljenakda bu görüntünün formalaşmasının isə bir neçə səbəbi var. Yaxınlıqdakı Kapriye adasının bir vaxtlar burada fəaliyyət göstərən sakinləri kənd təsərrüfatı sahələri ilə məşğul olublar. Onlar daşları bir-birinin üzərinə qalaqlamaqla divarı hörürdülər. Bu divarlar isə üzüm bağlarını, zeytun bağlarını və müxtəlif əkin sahələrini bir-birindən ayırmaq üçün ucaldılmışdı. Digər bir səbəb isə bu təsərrüfat sahələrini küləyin dağıdıcı təsirindən qorumaq idi.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/interest/1178759.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    28
    20
    10
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar