Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ömürlük həbsdən bəraət almışdı - 1 milyon təzminat istəyir - VİDEO Xəbərlər

0

  • 2 nəfərin qətlinə görə ömürlük məhkum edilərək 9 il sonra bəraət alan Aydın Qəhrəmanov təzminat tələbi ilə məhkəməyə müraciət edib.
    Buz.Su qafqazinfo-ya istinadən xəbər verir ki,  Qəhrəmanov günahsız olduğu halda həbsdə keçirdiyi illərin maddi və mənəvi ziyanının ödənilməsini istəyir. O, ümumilikdə 1 milyon manat təzminat tələb edir.
    İddiaya cavabdeh Maliyyə Nazirliyidir.
    Qeyd edək ki, Aydın Qəhrəmanov 2013-cü ildə Birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürmə ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.
    9 il sonra-2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanovun günahsız olduğunu elan edib. O, bəraət alaraq azadlığa buraxılıb. Qərardan prokuror protest versə də, Ali Məhkəmə etirazı əsaslı hesab etməyib.
    Məlumat üçün bildirək ki, Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən bəraət almış şəxsin maddi və mənəvi ziyana görə təzminat tələb etmək hüququ var. Mənəvi ziyan şəxsin həbsdə keçirdiyi hər aya görə hesablanır. Maddi ziyan isə həbsindən əvvəl aylıq qazancına uyğun verilir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/incedent/1173815.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaHadisələr
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    24
    26
    33
    30
    38
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar