Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Başlıbel qətliamından 31 il ötür Xəbərlər

0

  • Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.
    Buz.Su xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür.
    1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri isə girov götürüb. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib.
    Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Hadisə zamanı 1 nəfər itkin düşüb. Sağ qalmağı bacaran 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər. Bu hadislər zamanı yalnız 93 yaşlı Başlıbel sakini Ələsgər Kazımov dogma kəndini tərk etməyərək həyatını mühasirədə davam etdirib.



    Kəlbəcər rayonu 44 günlük Vətən müharibəsi nəticəsində - 25 noyabr 2020-ci ildə işğaldan azad edilib.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1197503.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib12 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    20
    22
    12
    21
    27
    26
    32
    17
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar