Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Paytaxtda tarixi abidəni avtoyuma etdilər - VİDEO Xəbərlər

0

  • Bakıda tarixi abidəni avtoyuma məntəqəsinə çeviriblər. 
    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
    Belə ki, Səbail rayonu, Bülbül prospekti 63 ünvanında yerləşən tarixi abidədə avtoyuma məntəqəsi açılıb. 
    Məsələ barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. 
    Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xidmət tərəfindən mütəmadi olaraq ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması və mövcud qanunvericilik çərçivəsində istifadəsi ilə bağlı monitorinqlər keçirilir:
    "Abidələrin bədii-estetik görkəminə, tarixi əhəmiyyətinə, xarici quruluşuna, konstruktiv dayanıqlığına xələl gətirən və təyinata uyğun olmayan istifadə halları aşkar olunduqda müvafiq tədbirlər görülür. Aşkar olunan nöqsanların böyük hissəsi uzun illər ərzində abidələrin qanunun tələblərinə zidd olaraq istifadəsi nəticəsində yaranıb.
    Mülkiyyətçi və ya icarədarlar tərəfindən qanunsuz müdaxilələr, kommunikasiya xətlərinin çəkilməsi, məişət qurğularının vurulması, əlavə tikililər və artırmalar, tarixi tikilinin təyinatına uyğun gəlməyən istifadə halları kimi faktlar müəyyən edilib.



    Ötən il ərzində Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub və yol verilmiş nöqsanlar aradan qaldırılıb. 
    Aparılan monitorinqlər nəticəsində Bülbül prospekti 63 ünvanında yerləşən memarlıq abidəsinin birinci mərtəbəsində fəaliyyət göstərən obyektdə də qeyri-qanuni istifadə faktı aşkar olunub və mülkiyyətçiyə yol verdiyi qanun pozuntularının aradan qaldırılması üçün xəbərdarlıq edilib".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/society/1173858.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    37
    15
    13
    11
    17
    28
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar