Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Blinkenə ravvinin cavabı: Azərbaycanda bütün dinlər… Xəbərlər

0

  • Azərbaycanda bütün dinlərə sərbəst etiqad etmək üçün hər bir şərait yaradılıb.
    Buz.Su xəbər verir ki, bu barədə Trend-ə Təl-Əvivdəki Dağ Yəhudiləri Sinaqoqunun baş ravvini Şmuel Simantov ABŞ dövlət katibi Antoni Blinkenin bir sıra ölkələrin, o cümlədən Azərbaycanın dini etiqad azadlığı ilə əlaqədar olaraq, "xüsusi müşahidə siyahısı"na daxil edilməsi barədə bəyanatını şərh edərkən deyib.
    "Mən Bakıda doğulmuşam. İki il əvvəl Azərbaycandakı fəaliyyətim başa çatıb və hazırda İsraildəyəm. Azərbaycanda Oğuz rayonunda, Bakıdakı Gürcüstan yəhudilərinin sinaqoqunda ravvin və 46 nömrəli məktəbin yəhudi bölməsində direktor kimi fəaliyyət göstərmişəm. Mən dindar insanam və Azərbaycanda bu sahədə heç vaxt problemlə üzləşməmişəm. Xarici təsir cəhdlərinə baxmayaraq, Azərbaycanda təkcə iudaizmə deyil, bütün dinlərə etiqad azadlığı üçün hər bir şərait yaradılıb. Biz daima Azərbaycanda bütün dini bayramlarımızı heç bir maneə olmadan, tam şəkildə qeyd edir, küçələrdə əllərimizdə Tövratla sərbəst gəzirdik", - deyə ravvin qeyd edib.
    O, Azərbaycanda hər il sinaqoq, kilsə və məscidlər üçün vəsaitin ayrıldığını vurğulayıb.
    "Oğuzda 2, Qubada 5, Bakıda isə 3 sinaqoq fəaliyyət göstərir. Onların hamısına vəsait ayrılır. Bundan əlavə, dövlət tərəfindən onların təhlükəsizliyi təmin olunur", - deyə ravvin əlavə edib.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1173160.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib24 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    31
    31
    9
    31
    15
    14
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar