Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Çağırışçıların bölgüsündə şəffaflıq üçün kompleks tədbirlər görülür - FOTO Xəbərlər

0

  • Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir.
    Buz.Su AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclasında deyilib.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın üzvləri olan mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak ediblər. İclasda Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub.
    SHXÇDX tərəfindən Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsinin uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb.



    İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
    Buz.Su 

    Mənbə: https://news.milli.az/country/1149315.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib35 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    33
    12
    25
    29
    3
    33
    14
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar