Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Braqa"ya qol vuran azərbaycanlı: "Qarabağ" mərhələni..." - FOTO Xəbərlər

0

  • "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" komandası ilə qarşılaşacaq. 1/8 finala vəsiqə uğrunda görüşlər fevralın 15-i və 22-də baş tutacaq. Belə desək, "Qarabağ" qış fasiləsində həm də portuqaliyalılarla oyunlara hazırlaşacaq, rəqib haqqında məlumat toplayacaq.
    "Braqa"nı yaxşı tanıyan mütəxəssislərdən biri isə Vəli Qasımovdur. Vaxtilə Portuqaliya çempionatında legioner həyatı yaşayan həmyerlimizlə əlaqə saxlayıb püşklə bağlı fikirlərini öyrəndik.
    Buz.Su bildirir ki, Qasımovun fanat.az-a dedikləri belə oldu:
    "Portuqaliya çempionatını, klublarını yaxşı tanıyıram. İndi də əlaqələrim qalır. Həmin "Braqa"ya qol da vurmuşam. "Vitoriya Setubal"da çıxış edəndə onları məyus etmişəm. Heç kimdə üstünlük görmürəm. Yəni nə "Qarabağ", nə də "Braqa" bir-birindən aşkar üstündür. Şanslar bərabər olacaq. Təbii ki, Azərbaycan komandası olduğu üçün hamımız "Qarabağ"a azarkeşlik edəcəyik. İstəyirik ki, mərhələni təmsilçimiz keçsin. "Qarabağ" özünün indiyə qədər dəfələrlə seyr etdiyimiz ən yaxşı oyunlarından birini göstərə bilsə, "Braqa"nı keçəcək. Buna əminəm". 



    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1169933.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    9
    25
    31
    21
    38
    12
    29
    16
    27
    13
    31
    36
    20
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar