Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ermənilər indi də xalçalarımızı... - FOTO Xəbərlər

0

  • Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi cəhdi növbəti dəfə ifşa olunub.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda zalında "Keçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılması" adlı sərgi Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi cəhdinə xidmət edib.
    Ermənistanın daimi nümayəndəliyi tərəfindən təşkil olunmuş sərgidə Azərbaycan xalça sənətinin müxtəlif məktəblərinə xas xalçalar erməni xalçaları kimi göstərilib. Diqqətçəkən məqam ondan ibarət olub ki, ermənilər öz adlarına çıxdıqları, lakin onlarda mövcud olmayan bir sıra Azərbaycan xalçalarının "zəngin erməni mədəni irsi"nin nümunələri olduğunu "sübut" etmək üçün onların yalnız fotolarını sərgidə asmaqla kifayətlənməli olublar.
    Növbəti dəfə Azərbaycan mədəni irsini beynəlxalq səviyyədə erməniləşdirməyə cəhd göstərən Ermənistan tərəfi sərgidə Azərbaycanın Qarabağ, Qazax və Şirvan bölgələrinin klassik xalça kompozisiyaları əsasında toxunmuş Azərbaycanın Çələbi, Xətai, Qasımuşağı, Malıbəyli, Bəhmənli, Borçalı və digər xalçalarını özününküləşdirməyə çalışıb.
    Azərbaycanın Avstriyadakı səfirliyi Ermənistan milli-mədəni irsinin nümayişi pərdəsi altında təqdim olunan sərgi ilə bağlı BMT-nin Vyana bölməsinin rəhbərinə rəsmi etiraz məktubu ünvanlayıb. Etiraz məktubunda bildirilib ki, sərgidə Azərbaycanın xalq sənətinin ən qədim və mühüm sahələrindən biri olan xalçaçılıq ənənələrinə xas ornamental elementləri ehtiva edən xalçaların erməni xalçaları kimi təqdim olunması təxribat və tarixi saxtalaşdırmaqdır.
    Diqqətə çatdırılıb ki, 2010-cu ildə ənənəvi Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və acınacaqlı haldır ki, Ermənistanın nümayiş etdirdiyi xalça ornamentləri son üç onillikdə Ermənistanın fəal hərbi işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinin xalçaçılıq ənənələrinə aiddir.
    Məktubda diqqətə çatdırılıb ki, Azərbaycanın mədəni sərvətini təşkil edən xalçaların onun razılığı olmadan nümayiş etdirilməsi və onların guya Ermənistana məxsus olduğunu iddia etmək açıq şəkildə Azərbaycanın mədəni sərvətlərinin mənimsənilməsidir, bu yolverilməzdir və pislənməlidir.
    Ermənistanın müxtəlif platformalardan sui-istifadə edərək beynəlxalq ictimaiyyəti aldatmaq və ölkəmizə qarşı ərazi iddiaları ilə yanaşı, Azərbaycanın mədəni və dini irsinə əsassız iddialar irəli sürməsinin ilk halı deyil və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı Azərbaycanın mədəni sərvətlərinin və irsinin oğurlanması, talan edilməsi, mənimsənilməsi, qeyri-qanuni daşınması baş verib. Bütün bu baş verənlər beynəlxalq hüquq və konvensiyaların kobud şəkildə pozulmasıdır.
    Azərbaycan tərəfi BMT-nin Vyana bölməsinin rəsmilərini Ermənistanın Vyanadakı beynəlxalq təşkilatlardan öz siyasi məqsədləri və Azərbaycana qarşı əsassız iddialar naminə sui-istifadə etməsinin qarşısını almaq üçün təcili olaraq qəti tədbirlər görməyə çağırıb.
    Qarabağ xalçaçılıq məktəbinə aid olan Xətai xalçası
    Qarabağın xalçaçılıq məktəbinin məşhur Çələbi xalçası
    Qarabağ xalçalarının Şuşa qrupuna aid Malibəyli xalçası
    Qarabağ xalçalarının Cəbrayıl qrupuna aid Bəhmənli xalçası
    Qarabağ xalçalarının Cəbrayıl qrupuna aid Qasımuşağı xalçaları
    Gəncə-Qazax xalçalarının Qazax qrupuna aid Borçalı xalçaları
    Gəncə-Qazax xalçalarının Qazax qrupuna aid Qaraqoyunlu xalçası

    Buz.Su 

    Mənbə: https://news.milli.az/world/1152900.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    24
    21
    14
    28
    26
    14
    9
    22
    10
    31
    15
    11
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar