Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bunu etsəniz, mikrodalğalı sobanız partlayacaq - Təhlükə Xəbərlər

0

  • Mətbəxdə işimizi azaldan ən vacib alətlərdən biri məhz mikrodalğalı sobadır. Əgər isitmə və ərimə zamanı bu alətdən diqqətli istifadə etməsəniz, baş verəcək bədbəxt hadisələrə hazır olmalısınız. Belə ki, qətiyyən mikrodalğalı sobada qızdırılmamalı qidalar var.
    Buz.Su Yenisabah-a istinadən mikrodalğalı sobada qızdırılması qadağan olan 9 qida növünü təqdim edir:
    Yumurta
    Siz qısa zaman ərzində qaynadılmış yumurta hazırlamaq üçün onu mikrodalğalı sobaya atmaq istəyirsinizsə, böyük səhv edirsiniz. Çünki yumurta mikrodalğalı sobaya qoyulan kimi partlayır.
    Kartof, armud, kök, pomidor
    Kartof, armud, kök, pomidor kimi qidaları mikrodalğalı sobaya qoymaq olmaz, çünki onlar da yumurta kimi partlayırlar.
    Tumlu meyvələr
    Alça, gavalı, şaftalı kimi tumlu meyvələri mikrodalğalı sobaya qoymayın. Əgər bunu edərək şansınızı sınamaq istəyirsinizsə, sizi sonradan uzun təmizlik işi gözləyəcək. Əgər kifayət qədər vaxtınız varsa, meyvələrin tumlarını çıxardıqdan sonra sobada qızdıra bilərsiniz.
    Üzüm
    Heç vaxt mikrodalğalı sobada üzüm qızdırmağa cəhd etməyin. Təzə üzüm istiyə məruz qaldıqda çox tez əriyir. Bu da sobaya ciddi zərər verə bilər.
    Bibər
    Mikrodalğalı sobaya bibər qoymaq istəyirsinizsə, onu salfetə bükün. Çünki bibər qızdıqca ətrafa "kapsaisin" maddəsini yığmağa başlayır. Bu zaman ətrafa yayılan qoxu gözlərinizi və boğazınızı ciddi şəkildə yandıra bilər.
    Pendir
    Pendiri soyuducuda soyuda bilərsiniz, lakin qızdırmaq niyətindəsinizsə, burnunuza ipəzor taxmaq faydalı olacaq. Çünki pendir əriməyə başladıqda kəskin qoxu ətrafa yayılmağa başlayır.
    Su
    Çay və ya qəhvə hazırlamaq istədiyiniz zaman suyu qızdırmaq üçün mikrodalğalı sobadan istifadə etmək sizə kömək etməyəcək. Çünki mikrodalğalı soba suyu qaynatmır sadəcə olaraq qızdırır.
    Metal qablar
    Sobaya metal və aliminium qabları qətiyyən qoymayın. Əgər konservanı qızdırmaq istəyirsinizsə, qabın hansısa yerində deşik açmaq məsləhətdir.
    Buz.Su 

    Mənbə: https://news.milli.az/interest/1152042.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    21
    10
    29
    33
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar