Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Laçına bu gün köçürülən ailələrə evlərinin açarı təqdim olunub - FOTO Xəbərlər

0

  • İllərin həsrəti bitməkdə davam edir, laçınlılar üçün yarım qalan xatirələr yenidən canlanır. Azad Laçın bu gün daha 46 nəfərə qucaq açıb. Laçına çatan növbəti 13 ailə öz evinin açarını sevinc hissləri ilə təhvil alıb.
    Sonxeber.pro Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr öz evinə və doğma elinə qovuşmağın sevincini yaşayıb. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən yenidən öz evində məskunlaşacaq ailələrə evlərin açarları təqdim olunub və onlar sevinc hissi ilə açarları təhvil alıblar. Bununla da Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib.
    Qeyd edək ki, köçürülən ailələrə Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmaları üçün bütün şərait yaradılıb.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/society/1138899.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib36 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    18
    26
    36
    30
    20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar