Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Cahil Gündüzün xəyanət gecəsi: Paşinyan belə, ondan "ağıllı"dır Xəbərlər

5/5


  • "Xəyanət sanki qolunun sındırılması kimidir. Susmaq olar, amma əl verib görüşmək mümkün deyil"


    Əsrlər əvvəl Alp Ər Tunqa sərkərdələrindən birinə xəyanətin nə olduğunu anladanda belə demişdi.
    Zaman keçsə də, xəyanətin forması, məzmunu, mahiyyəti və səbəbləri ən müxtəlif variantilar alsa da, əməlin özünün batinindəki məqam dəyişmədi.
    Əməl sözlərdən keçir, amma əksər hallarda sözlər əməlləri ehtiva edərək şərtləndirir.
    Karikaturaçı Gündüz Ağayev onu "xəyanətkar" adlandıranla istehza edir, özünü haqlı sayır və sürəkli olaraq təkrarlayır: "Mənə "xəyanətkar" deyənlər sonradan "Gündüz haqlıdır" söyləyirlər. Sözün açığı, bezmişəm, iyrənmişəm bu məsələlərdən. Banal gəlir mənə əvvəl xəyanətkar, sonra qəhrəman sayılmağım".
    ABŞ-da yaşayan bloqer İsmayıl Cəlilovun YouTube kanalında sualları cavablayarkən də Gündüz Ağayev sözündən fərqli olaraq, özünə sadiq idi.
    İ.Cəlilovun "Qarabağ kimindir?" sualına karikaturaçının cavabı qısa oldu: "Onu zaman göstərəcək".
    Cavab, bəri başdan deyək, marazmdır.
    Gündüz Ağayevin "ermənilər tərəfindən maliyyələşdirilməsi", "qanında erməni qanı olması", "ermənilərə xidmət etməsi" və s. kimi suçlamalara varmaq istəməzdim.
    Rəssamdır, düşündüyünü çəkdiyini, mövqeyini bu minvalla izhar etdiyini deyir.
    Deyir, ancaq sözlərində zərrə qədər səmimiyyət yoxdur və manipulyasiyaya əl atmaq istəyini mimikası aşkarlayır.
    Təbii ki, hər şəxsin bu və digər məsələ ilə bağlı öz fikri olmalıdır, ola bilər. Normaldır, kimsə "hamı bir cür düşünsün" deyərək Azərbaycanı Oruellin subyektinə və yaxud Şimali Koreyadakı "çuçxe" diktaturasına çevirmək niyyətində deyil.
    Ümumiyyətlə, rəssamların, illah da, yaxşı rəssam olduğuna iddia edən şəxslərin fərqli düşüncələri az qala rutin haldır.
    Di gəl, fərqli düşüncə bilərəkdən təhqir, cəmiyyətin istisnasız olaraq bütün təbəqələrinin vahid fikrini ələ salmaq, üstəlik də xalqı və dövləti aqressiv niyyətdə suçlamaq, ən yaxşı halda bu əməldə şübhəli bilmək "azad fikir", "yaradıcılıq sərbəstliyi" deyil.
    "Qarabağ kimindir?" sualına "Bunu zaman göstərəcək" cavabı yaradıcı insanın şüurundakı laübə, demokratik ruhlu şəxsin rasionallığı və ya azad fərdin problemi sivil yolla həll edilməsinə tərəfdar olduğunu göstərmək cəhdi deyil.
    Bu cavab kollaborasionizm, opportunizm, liberalizm və s. də deyil.
    "Bunu zaman göstərəcək" ifadəsi sadəcə və sadəcə - əfsuslar olsun - iki variasiyada qavrana bilər: ya idiotizmdir, ya da xəyanət.
    Niyə idiotizmdir?! İnsan ona məxsus olan nəsnəni, sevdiyi həxsi, yaşadığı ölkəni, sadiq qaldığı ideologiyanı və ya riayət etdiyi dəyəri müdafiə edir. Hətta bioloji müstəvidə belə, adekvat davranışdır. Gündüz Ağayevdən sevdiyi insanlardan biri barədə "O dəyərli şəxsdir?" soruşsalar, təbii ki, müsbət cavab verəcək.

    Berlinin Almaniyanın paytaxtı və ya Parisin də fransızlara məxsus olması barədəsə soruşsalar, şübhə, mücərrəd anlaşma və ya sərbəst interpretasiyaya yer qoymayacaq cavab verəcək.
    Bəs belədirsə, Qarabağa gəldikdə niyə Gündüz Ağayev konkretlikdən uzaqlaşan "tərəddüd" göstərir?
    Məsələnin mənəvi, etik və ya vətənpərvərlik məcrasında şərhini bir kənara qoyaraq, sırf psixosomatik təhlilinə varsaq, aşkar idiotizmdir.
    Qədim yunanların "ἰδιωτεία", sonradan ingilislərin "idiocy" kimi təyin etdikləri vəziyyət bixəbərliyin, cahilliyin, məlumatsızlığın və bisavadlığın ifrat formasıdır.
    İstisnasız olaraq bütün dövlətlərin, beynəlxalq strukturların və s.-nin mövqeyi Qarabağın Azərbaycan ərazisi olmasına şübhəsizliyə dəlalət edirsə, hətta Ermənistanın baş naziri Nikol Paşinyan belə, "Qarabağ Azərbaycandır" deyirsə - belə çıxır ki, bütün bunlardan Gündüz Ağayevin məlumatı yoxdur, xəbərsizdir və hətta cahilliyi ilə qürrələnir.
    Cahil bisavadlığı, məlumatsız insan inadı ilə önə çıxmaq istəyirsə, bu aşkar idiotiyadır.
    Yox əgər Gündüz Ağayev dərin intellektual, xilqətən üstün istadadlı insan və yaradıcı şəxs olduğunu deyirsə, məlumatsızlıqla bağlı ittihamları rədd edirsə, onda o, bilərəkdən insanları aşağılamağa çalışan, cəmiyyətə meydan oxuyan, dəyər və prinsiplər sayılan nəsnələri heç bildiyini nümayişkaranə şəkildə göstərərək perfomans etmək istəyən "azad rəssam"dır.
    Belədirsə, onda Gündüz Ağayev xəyanətkardır. Daha lakonik yazsaq, xaindir.
    Çünki əsl yaradıcı insan, istedadlı karikaturaçı, bəşəri dəyərlərə sadiq adam azadlıq, demokratiya, söz azadlığı və sərbəst fikir prinsiplərinə arxa çevirməz.
    Dövlətin bütünlüyü, vətəndaşların təhlükəsizliyinin təminatı, terrorla mübarizə, separatizmin qarşısının alınması, qanunlara riayət - bütün bunlar demokratiyadır.
    Liberalizmin məhvərində normal cəmiyyətdə fərdin azadlığının mütləqliyi durur.
    Fərdin azadlığı isə onun şüuru ilə bağlıdır: şüursuz insan kölədir.
    Gündüz Ağayev fikir təbəddülatını, mövqe bitkinsizliyini, seçim mütləqliyini guya ön plana çəkərək elə liberalizmə xəyanət edir.
    Kiçik qızı qətlə yetirən, qocaları yandıran, əsirlərin dərisini soyan, şəhər və kəndləri yerlə yeksan edən mənhus, murdar, cəllad qüvvənin tələblərini "etiraz" saymaq, qarabağlı ermənilərə Bakıdan humanitar yardım göndərilməsini ələ salan, Gündüz Ağayev...
    Ermənilər Bərdəni, Gəncəni, Mingəçeviri, Goranboyu raket atəşinə tutanda susdu...
    Ermənilər səfirliklərimizə hücum edəndə susdu...
    Ermənilər beynəlxalq miqyasda dezinformasiyalar yayıb feyk məlumatlar paylaşanda susdu...
    İndisə öz əzik dünyasının qaranlıq guşələrindən birində saxladığı, çoxdan bəri demək istədiyi, amma deməyə indiyədək cəsarət etmədiyi fikrini dilə gətirdi.
    Gündüz Ağayev üçün Vətən yoxdur - Vətənin nə demək olduğu dərk və hiss etsəydi, Vətənin bir parçasını qamarlamağa çalışan şəxslərin lüğətindən yararlanmazdı.
    Gündüz Ağayev üçün məntiq yoxdur - həmişə ən pisləri görüb, yaxşılara kor qalmaq liberalizm dəyərlərinin məntiqi əsaslarına ziddir.
    Gündüz Ağayev üçün mənəviyyat yoxdur - milyonlarla insanın mənəvi dəyərini ayaqlar altına salmaq niyyətinə şübhələndiyini söyləmək ən azı insanların seçim azadlığına sayğısızlıqdır.
    Zaman keçəcək, vaxt gələcək, bu şəxs elədiyi hərəkətlərə görə peşman olacaq.
    Üzür istəyəcək.
    Biz də onu bağışlayacağıq.
    Bilirsinizmi niyə?
    Çünki hər birimiz Gündüzdən daha böyüyük, humanistik, insanıq...
    Elçin Alıoğlu
    TREND

    Mənbə: https://news.milli.az/politics/1141134.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib108 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    26
    10
    15
    25
    22
    25
    31
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar