Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qazilər "Novarçı"larla bağlı bəyanat verdilər - Təcili tədbir görülsün! Xəbərlər

0

  • Son illər "Biz müharibə istəmirik!", "Sülh istəyirik!" şüarları altında, əslində isə Ermənistan xüsusi xidmət orqanlarının tezisləri əsasında Azərbaycan dövlətinə qarşı çağırışlar edən, özlərini "No War"çı adlandıran  bir qrup açıq şəkildə fəaliyyət göstərir. Əsasən onların cəmləşdiyi "İştirak evi" adlı layihə çərçivəsində müxtəlif yığıncaqlar təşkil edərək Azərbaycan dövlətinə qarşı xəyanətkar fikirlər səsləndirir, çağırışlar edirlər. Bununla bağlı Azərbaycan Respublikası "Qarabağ qaziləri" ictimai birliyi bəyanat yayıb.
    Sonxeber.pro bildirir ki, bəyanatda deyilir:
    "Azərbaycan xalqının 30 illik həsrətinə, torpaqlarımızın ermənilər tərəfindən işğalına son qoyan 44 günlük müharibə 2020-ci ilin 10 noyabrında böyük zəfərlə başa çatdı. Biz bu qələbəni bizlərə yaşatdığına görə Şəhidlərimizə, Qazilərimizə, Ali Baş Komandanımıza bir ömür boyu minnətdarıq. Bütün Azərbaycan, Türk dünyası, islam aləmi (bəzi ermənipərəst dövlətləri çıxmaq şərti ilə) bu zəfəri böyük coşqu, sevinclə qarşıladı. Amma Ermənistan, İran və Fransa başda olmaqla bir çox dövlətlər, qurumlar Azərbaycan dövlətinin bu möhtəşəm qələbəsini həzm edə bilmədilər. Onlar Azərbaycana qarşı olmazın şər və böhtanlarını uydurub yaydılar. "Soros Fondu" başda olmaqla ABŞ-ın, Avropanın müxtəlif fondları hesabına Azərbaycana qarşı çox iyrənc layihələr həyata keçirməyə başladılar. Bu layihələr çərçivəsində onlar Azərbaycan vətəndaşlarını, Azərbaycan əsilli xarici vətəndaşları birbaşa və ya dolayısı ilə bu layihələrə qoşaraq dövlətimizə qarşı xəyanətə sövq edirlər. Onlar bununla döyüş və siyasət meydanındakı acı məğlubiyyətlərinin əvəzini Azərbaycana qarşı qarayaxma, şər və böhtanlarla çıxmaq istəyirlər.
    Təəssüflər olsun ki, Azərbaycan vətəndaşları olan bəzi gənclərimiz də müxtəlif adlarla ermənilərin belə çirkin oyunlarına qoşulublar. Azdılar, amma onlar var. Onların ən pisi isə Azərbaycanı ermənilər kimi ittiham edən, Şəhid anasına "Lom udub" təhqirləri ilə çıxışlar edən, Azərbaycan tarixinə utancverici, xəcalət hərəkəti kimi düşən "No War" qrupudur. Onların təşəbbüsü ilə "İştirak evi" adlı layihədə  cəmləşiblər. İnternet resurslarında çıxışları rastımıza çıxır. Baxdıqca, dinlədikcə onların azərbaycanlı olmadıqları və düşüncəsiz, manqurt olduqların görmək olar. Azərbaycan dilini bilməyən, dilimizdə çox biabırçı tərzdə danışan bu adamlar ölkəmizi nələrdə ittiham etmirlər? Bunları kim əkib, kim doğub? Bunlar harada böyüyüb? Bunlar necə olub yiyəsiz qalıblar ki, erməni kəşfiyyat orqanlarının əlinə keçiblər?! 30 il qanuni Azərbaycan torpaqlarının Ermənistan və havadarları tərəfindən işğalda qalmasını, yurd yerlərimizin yandırılıb dağıdılmasını, Xocalı, Qaradağlı və digər soyqırımları, faciələri görməzdən gəlirlər...30 il dünyanın işğala susmasını, Azərbaycanın 1 milyon köçkün və qaçqının yurd-yuvasından didərgin düşməsini bir dəfə dillərinə də gətirmirlər...Xocalıda dinc insanlarımızın, körpələrimizin qətlə yetirilməsinə, südəmər körpələrimizin süngüyə keçirilməsinə susan bu adamlar (gənc və ya insan deməyə dilimiz gəlmir) Xankəndindəki quldur dəstələrinin mənafeyindən çıxış edirlər. Utanmadan, qızarmadan, həyasızcasına, ləyaqətsizcəsinə Şəhid anasına dil uzadır, onu təhqir edirlər! İnsan övladı nə qədər əxlaqsız, tərbiyəsiz və kor olmalıdır ki, bu qədər həqiqəti görüb susa və Azərbaycanı 44 günlük müharibəni başlamaqda ittiham edə! Bu qədər Şəhid ailəsini, Qazini görməzdən gəlib, dövlətimizi, millətimizi təhqir edirlər! Onlara bu haqqı kim verib?! Kimdir bunlar?! Özləri bir şey olmasalar da, arxada bu işi yönəldənlərin məqsədləri, niyyətləri açıq-aydın görünür! Bunlar birbaşa Ermənistan kəşfiyyat orqanlarının ABŞ-da, Avropada yaradılan və arxalarında ermənilər duran fondlar vasitəsilə ölkəmizin dövlət dayaqlarına təhlükəli zərbələr endirirlər. Bəlkə Ermənistan xüsusi xidmət orqanlarının şəbəkəsində olduqlarını özləri də bilmirlər.
    Ona görə də onlara səslənirik!
    Azərbaycan dövləti müharibə istəmir! Azərbaycan xalqı da müharibə istəmir! Biz keçmiş döyüşçülər, xüsusən də, taleyin qisməti ilə döyüşdən sağ çıxan heç bir Qazi müharibə istəmir. Amma bizim dövlət olaraq ərazilərimiz işğal olunub, ermənilər tərəfindən soyqırım, faciə, qətliam törədilib! Problemi də həll edən yoxdur! ATƏT-in Minsk qrupunda ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə düz 30 il bizi gözlətdilər. Və axırda da dedilər ki, işğalla razılaşın! Bəs necə edəydik, ay adamlar?!



    Bütün bunları nəzərə alaraq bəyan edirik:
    Biz Qarabağ qaziləri dövlətimizə qarşı baş verən bu kimi hallardan çox narahatıq! Çünki, Qazilər, Şəhid ailələri dövlətin ən etibarlı dayağıdır, sütunudur. Bir dəstə gəncin dili ilə Şəhid anasının aşağılanmasını - dövlətimizin dayaqlarına zərbəni qəbul edə bilmərik!
    Ona görə də dövlət orqanlarından xahiş edirik ki, təcili olaraq Azərbaycanda yaşayan belə adamlar dərhal araşdırılıb dindirilsin, izahat işi aparılsın. Çıxışlarındakı təhqirlərə görə Şəhid analarından, Qazilərdən üzr istəsinlər! Əgər başa düşüb, əməllərindən peşman olmasalar, Azərbaycan qanunlarının ən sərt maddələri ilə onlara qarşı tədbir görülsün!"
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/country/1141406.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib35 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    27
    18
    22
    9
    32
    17
    20
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar