Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“CBC Sport”un dörd əməkdaşı işdən ayrıldı: Telekanalda nə baş verir? Xəbərlər

0

  • "CBC Sport" telekanalında daha dörd nəfər jurnalist işindən ayrılıb.
    Buz.Su Prosport.az-a istinadən xəbər verir ki, bunlar İsmayıl Abdullayev, Fərid Axundov, Emin Ağa və Əli Cəfərovdur.
    Onların ayrılmasının müxtəlif səbəbləri var. Lakin hər birinin ayrılmasının kökündə müəyyən mənada maliyyə məsələsi də durur. Belə ki, "CBC Sport" maliyyə vəsaitinin azlığı ucbatından bəzi verilişləri bağlamalı olub.
    "Neftçi TV"də də işləyən şərhçi İsmayıl Abdullayev bundan sonra TV.Net provayderinin verdiyi oyunları şərh edəcək. Fərid Axundov Türkiyədə doktorantura təhsili alacaq. Emin Ağa yeni yaradılmış idman saytında, Əli Cəfərov isə "Xəzər TV"də işə başlayıb.
    Telekanal yaxın günlərdə yeni müxbir və şərhçilərin tapılması üçün kastinq elan edib. Bəlli məsələdir ki, TV təcrübəsi olmayan yeni əməkdaşlar daha az maaşa çalışmağa razılıq verəcəklər. Emin Ağanın aparıcısı olduğu "Bizim idman" verilişini isə bundan sonra tanınmış jurnalist Pərviz Musayev aparacaq.
    Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli AFFA-da Mətbuat Xidmətinin rəhbəri təyin olunduğundan "CBC Sport"dan ayrılmalı olmuşdu.
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1143628.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib35 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    37
    20
    14
    28
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar