Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Efirə çıxan ana: "Təcili tibbi yardımın həkimi dedi ki, oğlumun içinə cin girib" - VİDEO Xəbərlər

0

  • "Tarixin bir günü" ictimai-sosial verilişinə pənah gətirən Solmaz adlı bir xanım şizofreniya xəstəliyindən əziyyət çəkən oğlu ilə bağlı şok iddia irəli sürüb.
    Buz.Su bizim media-ya istinadla xəbər verir ki, ananın sözlərinə görə, bir müddət əvvəl vəziyyəti ağırlaşan övladı üçün çağırdığı təcili tibbi yardımın həkimi iddia edib ki, oğlunun içinə cin girib.
    "Təcili tibbi yardıma zəng vurub söylədim ki, oğlumun vəziyyəti kritikdir, evdə hər şeyi sındırıb, dağıdıb. Bunu sakitləşdirmək üçün həkim briqadaya ehtiyac var. Mənə təcili yardımın həkimi dedi ki, "əgər oğlun belə şeylər edirsə, onun cini var". Söylədi ki, "oğlunu yalnız bizə polis gəlib, təhvil verə bilər".
    Bu hadisədən sonra evə Türkiyədə yaşayan tanınmış "cin çıxardan"ı çağırdıq. Düzdür o pulsuz gəlmədi. Pulun əvəzində nə isə verdim. O cinin birini oğlumun yatmış vəziyyətdə bədənindən çıxartdı. Bundan sonra oğlum elə bir dildə başladı danışmağa ki,... Bu nə ingilis, nə ərəb, nə rus...
    Oğlumu o an telefona çəkməyə "cin çıxaran" oğlan icazə vermədi. Söylədi ki, cinin biri başında, digəri boğazında, o birisi isə göbəyindədir. Dedi ki, mənim çıxartdığım cin isə boğazındakı idi. İnanıram ki, həmin "cin çıxaran" oğlan Türkiyədən gəlsə, digər iki cini də oğlumun bədənindən çıxara biləcək. Ona inanıram", - deyə Solmaz adlı xanım vurğulayıb. 



    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1148033.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    59
    21
    14
    13
    26
    20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar