Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Cərimələrin ödənişinə dair tələblər sərtləşdirildi Xəbərlər

0

  • Maliyyə sanksiyaları zamanı 30 gün müddətində bazar subyekti tərəfindən göstərişdə qeyd edilən məbləğ dövlət büdcəsinə ödəniləcək.
    Buz.Su xəbər verir ki, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.
    Layihəyə əsasən, rəqabət orqanının maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi barədə göstərişində başqa müddət nəzərdə tutulmadıqda, göstərişin təqdim edilməsindən sonrakı 30 (otuz) gün müddətində bazar subyekti tərəfindən göstərişdə qeyd edilən məbləğ dövlət büdcəsinə ödəniləcək.
    Bazar subyekti rəqabət orqanının maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi barədə göstərişində qeyd olunan məbləği bu Məcəllədə qeyd edilən müddətdə ödəmədikdə, rəqabət orqanı ödənişin təmin edilməsi məqsədilə göstərişi məcburi icraya yönəldəcək.



    Təsərrüfat subyektlərinin birliklərinin hər hansı üzvü maliyyə sanksiyalarının tətbiq edilməsinə səbəb olmuş qanun pozuntusunun əmələ gəlməsində iştirak etmədiyini sübut etdikdə, həmin təsərrüfat subyektinə maliyyə sanksiyaları tətbiq edilməyəcək.
    Buz.Su

    Mənbə: https://news.milli.az/country/1142725.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    19
    15
    36
    22
    30
    27
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar