Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Netanyahu ilk dəfə etiraf etdi: “Mən məsuliyyət daşıyıram...” Xəbərlər

0

  • "HƏMAS-ın oktyabrın 7-də qanlı işğalına səbəb olan uğursuzluqlara görə hər kəs, o cümlədən mən də cavab verməli olacağıq".
    Buz.Su oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu canlı yayımda çıxışı zamanı deyib.
    O bildirib ki, dağıdıcı hücumu qabaqcadan görməyən hər kəs ən azından bunun məsuliyyətini öz üzərinə götürəcək.
    Lakin onun sözlərinə görə, əvvəlcə İsrail "var olmaq uğrunda mübarizə" adlandırdığı qələbəni qazanmalıdır. Netanhayu vəd edib ki, HƏMAS-ı məhv etmək və girovları geri qaytarmaq uğrunda tezliklə Qəzza zolağına qurudan hücum həyata keçiriləcək.
    "7 oktyabr tariximizə qara gün kimi düşdü. Biz cənub sərhədində və Qəzza zolağının ətrafındakı ərazidə baş verənləri dərinliyinə qədər araşdıracağıq", - deyə Benyamin Netanyahu qeyd edib.
    "Baş verən fəlakət tam şəkildə araşdırılacaq. Mən də daxil olmaqla, hər kəs fəlakətlə bağlı cavab verməli olacaq, lakin bütün bunlar yalnız müharibədən sonra baş verəcək", - deyə o əlavə edib.



    Netanyahu baş nazir kimi ölkənin gələcəyinə cavabdeh olduğunu nəzərə çatdırıb. "Və hazırda mənim işim İsrail dövlətini və xalqını düşmənlərimiz üzərində sarsıdıcı qələbəyə aparmaqdır. İndi vahid məqsəd üçün qüvvələri birləşdirməyin vaxtıdır: qələbəyə doğru irəliləmək... işimizin ədalətliliyinə dərin inamla", - deyə İsrailin baş naziri vurğulayıb.
    Qeyd edək ki, İsrailin bir sıra yüksəkrütbəli rəsmiləri son həftələrdə minlərlə HƏMAS terrorçusunun Qəzza sərhədini keçməsinə, 1400 nəfərin (əksəriyyəti mülki vətəndaş) ölümünə və ən azı 224 nəfərin əsir düşməsinə səbəb olan kütləvi uğursuzluqlara görə məsuliyyəti öz üzərilərinə götürdüklərini bəyan etsələr də, Netanyahu bu istiqamətdə hər hansı açıqlama verməmişdi.
    Baş nazir, həmçinin müharibə başlayandan bəri jurnalistlərin suallarını da cavablandırmamış, yerli və xarici mediaya müsahibə verməmişdi.
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1153309.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    31
    24
    22
    16
    18
    27
    34
    19
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar